Ana səhifə / Siyasət / Tağı Əhmədov Akif Çovdarovun məhkəməsində İfadə verdi – “Pulumu istəyirəm”(Yenilənib)+FOTO-VİDEO

Tağı Əhmədov Akif Çovdarovun məhkəməsində İfadə verdi – “Pulumu istəyirəm”(Yenilənib)+FOTO-VİDEO

Bu gün ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədov iştirak edib.

Onun ifadə verəcəyi gözlənilir. Hazırda proses davam edir.

***

Tağı Əhmədov məhkəmədə ifadə verərək A.Çovdarovun ondan 3 milyon manatı necə almasından danışıb. Proses iştirakçılarının ondan “tələbiniz nədir, nə istəyirsiniz?” sualına belə cavab verib: “Hamı “Leyli və Məcnun”u oxuyub. Leylinin Məcnundan nə istədiyi də bəllidir. Leylinin Məcnundan istədiyini mən Çovdarovdan istəyirəm. Pulumu istəyirəm”.

Prosesdən çıxan T.Əhmədov jurnalistlərə açıqlama vermədən maşınına oturaraq gedib

Həmçinin oxuyun

QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı

“Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu tarixi dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlərin …

Bir cavab yazın