Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Sürücülük vəsiqəsini unudanlara şad xəbər — VİDEO

Sürücülük vəsiqəsini unudanlara şad xəbər — VİDEO

Sürücülük vəsiqəsi, etibarnamə və qeydiyyat şəhadətnaməsi hər bir avtomobil idarə edən şəxsdən tələb edilən sənədlərdir. 

Azinforum.az xəbər verir ki, təbii ki, bu sənədlərin ümumiyyətlə yoxluğu kobud qayda pozuntusudur.

Bəzən də elə olur ki, həmin sənədlərdən hansısa biri məsuliyyətsizlik ucbatından sürücünün üzərində olmaya bilər. Məhz belə hallara görə sürücüləri cərimələmək üçün yeni qaydalar tətbiq edilə bilər.

Avtomobil sürərkən bir sıra sənədlərin sürücünün üzərində olmamasına görə cərimə mexanizmi dəyişir.

Söhbət etibarnamə və qeydiyyat şəhadətnaməsindən gedir. Hazırda qüvvədə olan qanunvericiliyə görə, həmin sənədlər sürücünün üzərində olmadıqda onlara 3 saat vaxt verilir.
Həmin müddət ərzində sənədlər gətirilərək polisə təqdim edildikdə avtomobil cərimə meydançasına aparılmır. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə bu güzəşt aradan qaldırılır.

Yeni mexanizm avtomobilə əlavə avadanlıqların quraşdırılması, şüşələrinə plyonkaların yapışdırılması aşkar edildikdə də tətbiq ediləcək.

Sürücülük vəsiqəsinin üzərində olmamasına görə hansısa cərimə nəzərdə tutulmur. Çünki elektron sistem vasitəsilə sürücünün avtomobil idarə etmək hüququnun olub-olmadığını müəyyən etmək olur. Amma bunu hamıya şamil etmək olmaz.

Yeni mexanizmin məqsədi belə hadisələr zamanı yaşanan mübahisələrə son qoymaqdır.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın