Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / İki generala bir mayordan ilginc müraciət…

İki generala bir mayordan ilginc müraciət…

Ehtiyatda olan mayor haqq etdiyi pensiyanı ala bilmədiyindən şikayətlənir…

AR Müdafiə Naziri Zakir Həsənov cənablarına

Surəti: AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov cənablarına

Ehtiyatda olan mayor Xasayev Elxan Rauf oğlu tərəfindən (Əlaqə tel. 012 409 30 35, Bakı şəh. M.Hadi küç., ev 63 “A”, mənzil 34)

M Ü R A C İ ƏT

Hörmətli Cənab Nazir!

Hörmətli cənab Xidmət rəisi!

Mən 16.08.1981-ci ildən 27.02.1992-ci ilədək SSRİ Silahlı Qüvvələrində, 27.02.1992-ci ildən 28.01.2000-ci ilədək AR Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşam. 1992-1995-ci illərdə xidmətimin 1 ayı 2 ay kimi, 1995-2000-ci illərdə isə 1ayı 3 ay kimi hesablanmışdır. Göründüyü kimi mənə yaşa görə pensiya təyin edilməsi üçün kifayət qədər xidmət stajım vardır. Lakin mənə indiyə qədər pensiya təyin edilməmişdir.

01.10.2015-ci il tarixdə ərizə ilə AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə müraciət edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində saxlanılan şəxsi işimə əsasən mənə pensiya təyin edilməsi üçün müvafiq “Məlumat vərəqəsi”nin tərtib olunaraq DSMF-nun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərməyi xahiş etdim. Xahişimə əsasən AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edilərək şəxsi işimin mənə pensiya hesablanması üçün onlara göndərilməsini istədi. Şəxsi işim Xətai rayon idarəsindən AR MN-nin Maliyyə və Büdcə İdarəsinə daxil olanda məlum oldu ki, göndərilən şəxsi işimdə mənim ancaq AR Silahlı Qüvvələrində xidmət etdiyim müddət öz əksini tapmışdır.

(1992-2000). SSRİ Silahlı Qüvvələrində xidmətimi əks etdirən şəxsi işim Xətai rayon idarəsində qalmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsindən isə mənə bildirdilər ki, onlarda saxlanılan şəxsi işimin 1-ci hissəsini yalnız AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göstərişi (icazəsi) əsasında Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə göndərə bilərlər.

İndi Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi şəxsi işimin Xətai rayon idarəsində saxlanılan 1-ci hissəsinin onlara təqdim edildiyi halda mənə pensiya hesablayacaqlarını bildirir və həmin şəxsi işimi AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tələb etmək fikrində deyil.

Hörmətli Cənab Nazir!

Hörmətli Cənab Dövlət xidməti rəisi!

Şəxsi işimin Xətai rayon idarəsində saxlanılan 1-ci hissəsinin AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə göndərilməsi və şəxsi işimdəki məlumatlara əsasən pensiya təyin edilməsi üçün “Məlumat vərəqi”nin tərtib edilərək Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən DSMF-na göndərilməsi üçün müvafiq göstərişlər verməyinizi Sizlərdən xahiş edirəm.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın