Şənbə , Avqust 24 2019
Ana səhifə / Siyasət / SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 60 manatlıq cərimə azalır, bal ləğv olunur

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 60 manatlıq cərimə azalır, bal ləğv olunur

Yolayrıcında piyadaya yol verməməyə görə 3 bal tətbiq edilməyəcək.

Mayın 1-dən qüvvəyə minməsi gözlənilən yeni İnzibati Xətalar Məcəlləsində (İXM) ciddi konseptual dəyişikliklər olmasa da, bəzi maraqlı məqamlar da var. Onlardan biri sürücülərlə piyadaların qarşılıqlı münasibəti ilə bağlıdır. Fins.az-ın avtosfer.az-a istinadən məlumatına görə, məlumdur ki, hazırda sürücülərin piyadalar barəsində, daha doğrusu piyada keçidində hərəkətlə bağlı qaydaları pozduğu halda şəraitdən asılı olaraq daha çox İXM-in iki maddəsi ilə inzibati məsuliyyət yarana bilər:

1. Yolayrıcından kənardakı nizamlanmayan (svetoforsuz) piyada keçidində piyadaya yol verməməyə görə sürücülər İXM-in 151-3-cü maddəsi ilə 50 manat cərimə olunurlar;

2. Yolayırıcında sağa və ya sola dönərkən döndüyü yolu keçməkdə olan piyadaya yol verməyən sürücülər İXM-in 151.2-ci maddəsi üzrə yolayrıcını keçmə qaydalarını pozmaya görə 60 manat cərimə olunurlar və onlara 3 cərimə balı yazılır.

Yeni Məcəllə bu qarışıqlığa birdəfəlik son qoyaraq vahid bir maddədə piyadaya yol verməyən sürücü üçün məsuliyyət nəzərdə tutur. Özü də sürücülərin məsuliyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirməklə. Belə ki, Məcəllə qüvvəyə minəndən sonra istər yolayrıcında dönərkən, istərsə də yolayrıcından kənarda nizamlanmayan keçiddə piyadaya yol verməyən sürücü 50 manat cərimə olunacaq. Buna görə də heç bir cərimə balı nəzərdə tutulmur.

Yeni maddənin ən mühüm özəlliyi isə odur ki, piyadaya yol verməməyin normativ anlayışı nəzərdə tutulur. Bu zaman yol verməmənin klassik anlayışı əsas götürülməklə qeyd olunur ki, sürücünün piyadaya yol verməməsi onun idarə etdiyi nəqliyyat vasitəsinin hərəkətini davam etdirəcəyi və ya yenidən hərəkətə başlayacağı təqdirdə piyadanın öz hərəkət sürətini və ya hərəkət istiqamətini dəyişməyə məcbur olması kimi başa düşülməlidir.

Təvazökarlıqdan uzaq olsa da, bu normativ anlayış illərdir bizim apardığımız təbliğatın və şərhlərin mahiyyətinə uyğundur. Hesab edirik ki, bu yeniliklər qüvvəyə minəndən sonra yollarımızda piyada-sürücü münasibətlərində xeyli aydınlıq yaranacaq. Digər tərəfdən, sürücülərin piyada keçidlərində hərəkətlə bağlı törətdikləri qayda pozuntularına daha obyektiv və ədalətli hüquqi qiymət vermək mümkün olacaq.

Həmçinin oxuyun

Etibar Məmmədov aktiv siyasətə qayıdır? – AMİP liderinin dünəni, bu günü və perspektivləri

Redaksiyadan: Müstəqilliyimizi elan edəndən bəri Azərbaycanda dondurulmuş bir siyasi mühit mövcuddur. Xarici güclərin dəstəyini alaraq, …

Bir cavab yazın