Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Suriyada yalnız ərləri ölmüş azərbaycanlı qadınlar qalıb” – Komitə sədrindən şok açıqlama

“Suriyada yalnız ərləri ölmüş azərbaycanlı qadınlar qalıb” – Komitə sədrindən şok açıqlama

Son il yarım ərzində Azərbaycandan silahlı dəstələrə qoşulanlar barədə məlumat yoxdur. Suriyada yalnız ərləri ölmüş azərbaycanlı qadınlar qalıb”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O xatırladıb ki, Suriyada hazırda şiddətli müharibə gedir: “Orada hamı bir-birinə qarşı vuruşur. Yəni, orada din yoxdur, sadəcə geopolitik müharibə gedir. Bir faktı da qeyd edim ki, son 25 ildə 2,5 milyon insan məhz müharibədə həlak olub”.
Komitə sədri qeyd edib ki, Azərbaycanda dinə qarşı mübarizədən söhbət gedə bilməz: “Əgər kimsə din adı altında ölkədə qarşıdurma yaratmaq istəsə və din adı altında dini təhrif edərsə, buna qarşı mübarizə aparılır və gələcəkdə də aparılacaq”.
Report

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın