Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / SOS: Almaniyadan gətirilən köhnə maşınlar çox təhlükəlidir

SOS: Almaniyadan gətirilən köhnə maşınlar çox təhlükəlidir

Almaniya İctimai Televiziyasının tədqiqatçı jurnalistləri Almaniyadan Gürcüstana satış məqsədilə avtomobil daşınması barədə videosüjet hazırlayıblar.
“Qruziya onlayn”ın verdiyi məlumata görə, Gürcüstanın “Rustavi-2” telekanalında da nümayiş etdirilən videosüjetdə böyük bir fırıldaqçı şəbəkənin fəaliyyətindən söz açılır.
Qeyd olunur ki, Almaniyada qəzadan sonra yüzlərlə avtomobil kəsilərək iki hissəyə bölünür və həmin vəziyyətdə də konteynerlərdə Gürcüstana – Batumi limanına gətirilir. Gürcüstanda isə həmin “bölünmüş avtomobillər” yenidən yığılır və “təzə” qiymətinə müxtəlif vətəndaşlara satılır.
Almaniyalı jurnalistlər fırıldaqçıları müşahidə edərkən, belə konteynerlərdən birini Batumi limanında aşkarlayıblar. Həmin konteynerdəki yararsız avtomobillər Tbilisidə götürülərək “yığılma”ya göndərilib. Ortalama olaraq, belə bir avtomobilin Gürcüstanda qiyməti 7400 ABŞ dolları təşkil edir.
Videosüjetdə bildirilir ki, avtomobilləri hissələrə bölünmüş halda gətirmək həm də yerə qənaət baxımından fırıldaqçılara sərf edir – bir konteynerdən ən azı 20 min avro gəlir əldə edə bilirlər.
Bu cür avtomobillərin analoji yolla Almaniyadan Şərqi Avropa və Afrika ölkələrinə də aparıldığı qeyd olunur.
Ekspert Hans Ulriz Zander vurğulayıb ki, “yığılma” və “qaynaq” prosesi nə qədər yaxşı aparılsa da, bu avtomobillər “tullantı” hesab olunmalıdır: “Hər hansı qəza zamanı bu avtomobillərin insan həyatı üçün təhlükəsizliyi sıfıra bərabərdir”.
Qeyd edək ki, “ucuz” alman avtomobili almaq üçün Gürcüstana üz tutan azərbaycanlılar az deyil (“Trend”).

Həmçinin oxuyun

Ermənilər Sərsəng su anbarını partlatmaq istəyirmiş

Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan baş nazir Nikol Paşinyanı müharibədə sərt qərarlar verməməkdə …

Bir cavab yazın