Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / Siyavuş Novruzov “Hanı nazirlər” dedi, spiker dəstək verdi –Parlamentdə büdcə müzakirəsi

Siyavuş Novruzov “Hanı nazirlər” dedi, spiker dəstək verdi –Parlamentdə büdcə müzakirəsi

Xəbər verdiyimiz kimi, Milli Məclisin fevralın 23-də keçirilən növbəti plenar iclasında “2016-cı il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Hakim partiyanın parlamentdəki təmsilçilərindən olan Siyavuş Novruzov büdcəyə dəyişikliklərin müzakirəsi zamanı nazirləri və Nazirlər Kabinetinin üzvlərini sərt tənqid edib. O bildirib ki, bugünkü müzakirələrdə iqtisadi bloka daxil olan nazirlərin heç biri iştirak etmir: “Bütün millət gözləyir ki, bu gün büdcə yenidən müzakirə olunacaq. Amma iclasda iqtisadi blokdan heç bir nazir yoxdur. Ola bilər ki, kimsə ezamiyyətdə olsun. Büdcə Samir Şərifovun və ya Mərkəzi Bankın sədrinin büdcəsi deyil ki? Heç olmasa nazirlərin müavinləri iştirak etməli idi. Nazirlər Kabinetində 6 müavin var. Mənim onlara sualım var, amma heç biri burada yoxdur. Bu yanaşma dövlət başçısının yanaşmasına heç bir halda uyğun deyil. Hesab edirəm ki, hansısa fasilə ərəfəsində onlar bura dəvət olunmalıdır”

Spiker Oqtay Əsədov isə qeyd edib ki, nazirlərin çoxu prezidentlə birgə İrana rəsmi səfərə gedib: “Nazirlər Kabineti ilə bağlı dedikərinizlə isə razıyam”

Həmçinin oxuyun

Elman Nəsirov-Əli Əliyev debatı: Övladın müharibəyə niyə getməyib? — VİDEO

Bu gün Müsavat TV-nin canlı yayımında debata çıxan millət vəkili Elman Nəsirovla VİP sədri Əli …

Bir cavab yazın