Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Sıfırdan şirkət yarada bilərik”- “SOCAR Turkey”in baş direktoru

“Sıfırdan şirkət yarada bilərik”- “SOCAR Turkey”in baş direktoru

“Petrol Ofisi bizim üçün ən uyğun seçimdir. Təbii ki, burada ortaya çıxacaq qiymətləndirmə də önəmlidir. Petrol Ofisini ala bilməsək bizim B və C planlarımız da var. Başqa bir şirkəti satın almaq üçün danışıqlara gedə, yaxud sıfırdan bir şirkət yarada bilərik”.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri SOCAR Turkey Energy-nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.

O, Türkiyədə lirənin, Azərbaycanda isə manatın dəyərdən düşdüyü bir vaxtda sərmayələrin durumu ilə bağlı sualı cavablandırıb. Qəhrəmanov bildirib ki, Türkiyəyə 4-5 il kimi qısa vədəli deyil, 40-50 il kimi uzun vədəli baxırlar, gündəlik iqtisadi böhranlar onlara təsir etmir, sərmayə qoyuluşlarına  isə davam edəcəklər.
Qeyd edək ki, “Petrol Ofisi” Avstriyanın neft-qaz konserni olan “OVM” şirkətinin Türkiyədəki törəməsidir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın