Ana səhifə / Siyasət / Sarkisyan Putinə Əliyevdən şikayət etdi

Sarkisyan Putinə Əliyevdən şikayət etdi

Dünən Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sərkisyan arasında görüş keçirilib.

APA-nın verdiyi məlumata görə, Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilən görüşdə ölkə başçıları müxtəlif sahələrdə Rusiya-Ermənistan əməkdaşlığının gələcək inkişafını, o cumlədən Avrasiya məkanında qarşılıqlı inteqrasiya fəaliyyətini müzakirə ediblər.

Vladimir Putin hər iki ölkə arasında münasibətlərin xüsusi xarakter daşıdığını söyləyib: “Bizim hər zaman müzakirə etməyə mövzumuz var. Rusiya-Ermənistan münasibətləri xüsusi xarakter daşıyır. Ermənistanın Avrasiya İqtisadi Birliyinı qoşulmasını, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını nəzərdə tuturam. Sizinlə bu plan ətrafında bir sıra məsələləri müzakirə etmək istərdim”.

V.Putin Rusiyanın Ermənistanın aparıcı ticarət-iqtisadi tərəfdaşı olduğunu da qeyd edib: “Keçən il 2013-cü illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artıb. Lakin təəssüfllər olsun ki, bu ilin birinci yarısında ticarət dövriyyəsində azalma qeydə alınıb. Bu gün bu barədə də danışacağıq. Burada müəyyən nüanslar var, hansı ki, məndə bu suallara cavab hələ ki yoxdur”.

Serj Sərkisyan isə çıxışında erməni ailəsini öldürən rus əsgərin məhkəmə prosesinin Ermənistanda keçirilməsinə görə Putinə təşəkkürünü bildirib: “Bu gün Energetika nazirliyi ilə qazın qiymətinin 25 dollar aşağı salınması barədə müqavilə imzalandı. Ermənistana 200 milyon dollar dəyərində kredit ayrılması barədə müqavilə imzalandı, hansı ki, Ermənistan silahlı qüvvələrinə hərbi arsenalının yenilənməsinə imkan verəcək. Ermənistandakı Atom stansiyasının modernləşdirilməsi haqqında müqavilə imzalanıb, artıq qüvvəyə minib”. Sarkisyan enerji tarifinin qiymətinin artırılması ilə bağlı məsələdə yeni qərarın tapılmasına ümid etdiyini də söyləyib.

Ermənistan prezidenti Vladimir Putinə Azərbaycandan şikayət etməyi də unutmayıb: “Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında cəhdlərinizə görə sizə təşəkkür edirəm. Son iki həftə ərzində sərhəddə vəziyyət gərginləşib. Son vaxtlar Azərbaycan tərəfi iri çaplı odlu silahlardan başqa artilleriyadan da istifadə edir. Əlbəttə ki, biz cavab vermək məcburiyyətində qalırıq. Mən bu haqda KTMT-nin Düşənbə sammitində ətraflı danışacam”.

Həmçinin oxuyun

İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar

Səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında “Bakıxanov rezidens”in binası inşa olunacaq. Azinforum.az xəbər verir ki, …

Bir cavab yazın