Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Samsung”dan xəbərdarlıq: “Note 7”-ləri söndürün

“Samsung”dan xəbərdarlıq: “Note 7”-ləri söndürün

Samsung Electronics” bütün müştərilərinə müraciət edərək “Galaxy Note 7” smartfonlarını söndürməyə çağırıb.
Azinforum.Az xəbər verir ki, İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, “Samsung” dünya üzrə bütün tərəfdaşlarını “Galaxy Note 7”-lərin satışını və dəyişdirilməsini dayandırmağı xahiş edib.
ABŞ-da bu smartfonları əldə etmiş bütün alıcılara telefonu söndürmək və bir daha istifadə etməmək tövsiyə olunub. ABŞ-ın istehlakçıların hüquqlarını müdafiə üzrə komissiyası bu qərarın düzgün olduğunu bildirib.
Qeyd edək ki, “Samsung” oktyabrın 10-da “Galaxy Note 7” smartfonlarının istehsalını müvəqqəti dayandırıb. Bu qərar yeni smartfonun Çin vətəndaşının əlində partlamasından sonra qəbul edilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın