Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Şair-jurnalist Böyükkişi Heydərli dünyasını dəyişib

Şair-jurnalist Böyükkişi Heydərli dünyasını dəyişib

Azinforum.az teleqraf.com-a istinadən  xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən şair Böyükkişi Heydərli bu gün səhər gözlərini əbədi yumub.

Böyükkişi Heydərli 1951-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub.

Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında ikən şeirləri “Ulduz” və “Azərbaycan” jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə “Səs” qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından “Yeni Müsavat” qəzetində işləyir. 1993-cü ildə “Dünya” jurnalının redaktoru olub.

Yazıçı Qor təxəllüsü ilə də əsərlər yazır. “Sakit küçədə qətl”, “Yaşıl cənnət çiçəyi”, “Yetişmiş tut ağacı” və sair əsərlərin müəllifidir. 2001-ci ildə “Səmasız buludlar” adlı şeirlər kitabı işıq üzü görüb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın