Bazar ertəsi , May 20 2019
Ana səhifə / Siyasət / “SAFA Holdinq”in dumanlı biznes “imperiyası”

“SAFA Holdinq”in dumanlı biznes “imperiyası”

Bu “imperiyaya” yoxlama adı altında təşrif buyuran müfəttişlərin “dilini” deyəsən, pis bilmirlər

“Xaliq Faiq oğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus avtobusların sürücülərini işə qəbul edəndə rəhbərlik tərəfindən hansı amilin əsas götürüldüyünü paytaxtın nəqliyyat sektoru ilə bu və ya digər əlaqəsi olan heç kəs deyə bilməz. Çünki, şirkət kənar müşahidələrə yarandığı gündən qapalı olub. Elə bugünün özündə də heç kəs hansı sürücünün hansı əsaslarla bu şirkətin avtobuslarında sükan fırlatdığını söyləyə bilməz. Bu səbəbdən şürkətə məxsus avtobuslarda min cür oyundan çıxan sürücüləri görmək adi hal alıb.

Onların nəqilyyat müfəttişləri tərəfindən cəzalandırılması da əhəmiyyətsiz bir şey sayılır. Şirkət rəhbərliyi belə hallarda yaxasını məsuliyyətdən kənara çəksə də, son məqamlarda yenə yararsız sürücülərlə işləməyi üstün tutur.Son dərəcə kobud və davranış qaydalarından xəbərsiz sürücülərin sərnişinlərlə bu neqativ təmasları neçə-neçə insidentlərə yol açır.Ahıl, qoca və qadınların şəxsiyyətinə xələl gətirən tərbiyəsiz sürücülərin təcrübəsizliyi isə vətəndaşlarda hiddət doğurmaya bilməz. Nəqliyyat Nazirliyinə ünvanlanan bu tip şikayətlərin isə sorağı gəlmir. Sanki bu müraciətləri dərin bir quyunun içinə doldurub üstünü beton plitələrlə örtürlər. Nazirliyin müvafiq qurumlarının belə ciddi problemlərə sayğısız yanaşmasının nəticəsidir ki, bu gün nəqliyyat sektorunda, xüsusən də paytaxtın sərnişindaşıma sistemində xeyli boşluqlar hökm sürür. Bu boşluqlardan daha bir neçəsini xatırlatmaq yerinə düşər. Sürücülər mümkün qədər artıq pul qazanmaq xatirinə rus demiş, “qonkaya”, yəni ötüşmələrə çıxaraq sərnişinlərin həyatını hər gün təhlükəyə atır. Belə hallar daha çox, 37, 61, 85, 119, 188 saylı avtobuslarda baş verir. Çirkli, antisanitariyanın hökm sürdüyü avtobus salonlarında bəzən iy-qoxudan heç oturmaq belə olmur. Sürücülər gündəlik həkim müayinəsindən keçirilmir. Burada hər şey formaldır. Məlumata görə, sürüçülərin müayinəsini təsdiq edən sənədlər ehtiyat üçün bir neçə günlüyə “zapaska” kimi etibarlı adamlarda qalır.Vəziyyətə qısa zamanda əncam çəkiləcəyini gözləmək də sadəlövh adamların işidir. Avtobusları idarə edən bəzi sürücülərin sürücülük vəsiqəsi yoxdur. Həmin sürücülərin heç şəxsiyyətini təsdiq edən sənədin də olmadığı dəfələrlə üzə çıxıb. Belə təsadüfi adamları sərnişindaşıma fəaliyyətinə çəlb edənlər cinayətkar deyillərmi? Bu sıra problemlərin həlli üzərində işləyən tapılmır. Hamı yaxşı bilir ki, bu gün nəqliyyat naziri öz səlahiyyətlərini pillə-pillə təhvil verməkdədir. Nazirin yadına bu qarışıqlıqda nəqliyyat sistemini salmağın belə görünür ki, heç bir mənası yoxdur. Qeyd edək ki, “Xaliq Faiq oğlu” MMC “SAFA Holdinq”in tərkibində fəaliyyət göstərir. Holdinqə daxil olan biznes strukturlar sərnişindaşıma, nəqliyyat, inşaat, neft məhsullarının satışı, biznes mərkəzi, sağlamlıq, istirahət mərkəzi, maliyyə-kredit sahələrində geniş müstəvidə xidmətlər göstərir.Bu şirkət Bakı və ətraf qəsəbələri birləşdirən 18, 22, 27, 37, 49, 52, 53, 54, 57, 61, 65, 76, 79, 85, 119, 188, 199 kimi ən gəlirli avtobus marşrutlarının sahibi olmaqla sərnişin daşımalarından iş günü ərzində külli miqdarda gəlir götürür.Avtobus sürücülərinə kəsilən konkret plan üzrə toplanmış nağd pullar “Xaliq Faiq oğlu” MMC-nin rəhbərlərinə çatır. Onu da əlavə etmək yerinə düşər ki,şirkətin vergi ödəmələrində ciddi saxtakarlıqlar yox deyildir. Bunu şirkətin vergi hesabatlarında əksini tapan ikirəqəmli və uzaq başı üçrəqəmli göstəricilərin təhlili ilə sübuta yetirmək o qədər də çətin deyil. Bu baxımdan vergi orqanlarının “Xaliq Faiq oğlu” MMC-nin hesabatları ilə ciddi maraqlanacaqlarını gözləmək olar. Bu geniş biznes “imperiyasında” əldə edilən gəlirlərin vergidən yayındəırılması qanunlarımıza xəyanətdir.Belə xəyanəti ortaya qoyanlardan hər biabırçılığı gözləmək olar. Elə bundan öncəki yazılarımızda qeyd etdiyimiz kimi, Faiq Seyidovun oğlu Xaliq Seyidovun törətdiyi avtomobil qəzasının da əks-sədası hələ də qulaqlardan çəkilməyib. İqtisad Universitetinin tələbəsi olan Xaliq Seyidov bahalı maşını ilə Binəqədi rayonunun ərazisində yüksək sürətlə hərəkət edərkən qarşısına çıxan piyadanı vurub öldürərək hadisə yerindən qaçıb. Qəribədir ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi bu günə kimi araşdırılmayıb, günahkar şəxs layiq olduğu cəzanı almayıb. Belə ciddi hadisənin ört-basdır edilməsi hiddət doğurmaya bilməz. “SAFA Holdinq”in tərkibində fəaliyyət göstərən irili-xırdalı şirkətlər əslində bir çətir altında öz qanunsuz fəaliyyətini heç nədən qorxub çəkinmədən davam etdirə bilirlər. Diqqəti cəlb edən əsas məqam isə ondan ibarətdir ki, bu şirkətlərin konkret daha hansı sirli fəaliyyətlərlə məşğul olması heç kəsə məlum deyl. Bu holdinqə yoxlama adı altında təşrif buyuran müfəttişlərin isə “dilini” pis bilmirlər. Lakin şübhə yoxdur ki, müvafiq qurumların nümayəndələri arasından “SAFA Holdinq”in rəhbərlərinə sual verməyə iradəsi çatan tapılacaq.

P.S. Yazıda adları çəkilən şəxslərin münasibətlərini dərc edə bilərik.

Gundelikbaku.com

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …

Bir cavab yazın