Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Sabina” parfümeriya mağazalarında qiymətlər 30 FAİZ BAHALAŞDI

“Sabina” parfümeriya mağazalarında qiymətlər 30 FAİZ BAHALAŞDI

“Sabina Parfumery&Cosmetics” mağazalar şəbəkəsində ətir və kosmetika vasitələrinin qiyməti bahalaşıb.

Unikal.org-un əməkdaşının apardığı araşdırmaya görə, mağazalar şəbəkəsi bütün məhsullarında 30 faiz bahalaşma müşahidə olunub.

“Sabina Parfumery&Cosmetics” mağazalar şəbəkəsində 100 millisi 271 manata satılan “Tom Ford” ətri hazırda 327 manata satılır. Həmçinin 100 millisi 163 manata satılan “Bleu De Chanel” ətri hazırkı qiyməti 233 manata qalxıb.

Məsələ ilə bağlı unikal.org-a “Sabina Parfumery&Cosmetics” mağazalar şəbəkəsindən bildirilib ki, mağazalarda ətir və kosmetika vasitələrinin qiymətində 30 faiz artım ediblər.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın