Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / Sabah Şəriəti Azərbaycana bürünc medal qazandırdı!

Sabah Şəriəti Azərbaycana bürünc medal qazandırdı!

Yunan-Roma güləşi üzrə Olimpiya turnirində 130 kq çəki dərəcəsində azərbaycanlı güləşçi Sabah Şəriəti bürünc medal uğrunda döyüşdə almaniyalı Eduard Popp üzərində tam qələbə qazanıb.

Beləliklə, Azərbaycan Rio Olimpiadasında ilk bürünc medalını qazanıb.

*   *   *00:09

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Sabah Şəriəti ilk təsəlliverici görüşə çıxıb.

130 kq çəki dərəcəsində yer alan iranlı legionerin rəqibi venesuelalı Ervin Xose Karabalyo Kabrera olub.

Görüşün ilk hissəsində Şəriəti ardıcıl xallar qazanaraq 6:0 hesabı ilə önə keçib. İkinci hissədə isə o, daha bir xal qazanaraq, sona 1 dəqiqə qalmış görüşün qalibi olub.

Şəriəti növbəti təsəlliverici görüşdə almaniyalı Eduard Poppu da yensə, bürünc medal qazanacaq.

Həmçinin oxuyun

“Onlar 26 ildir qorxaq, qaçan, vuruşmayan azərbaycanlı obrazı yaratmışdılar”

“Paşinyan deyir ki, əks-həmlə ilə məsələni həll edəcəyik. Adam (elə deyək) rəsmən müharibənin davamı üçün …

Bir cavab yazın