Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / “Şəxsən şahid olacaqsınız ki…” Əli Həsənov

“Şəxsən şahid olacaqsınız ki…” Əli Həsənov

III Qlobal Bakı Forumu çərçivəsində “Barış-Kompromisin əldə olunması” mövzusunda panel iclası keçirilib. Diasporla İş Üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın moderatorluğu ilə keçən iclasda münaqişə tərəfləri arasında sülhün əldə olunması, ekstremizmdən yayınmağın yolları müzakirə edilib.

Dünyada baş verən münaqişələrin qeyri-leqal iqtisadiyyatın “inkişafı”na səbəb olduğunu deyən Əfqanıstanın sabiq Prezidenti Həmid Kərzayi bildirib ki, münaqişələrə, qeyri-sabitliyin və təhlükəsizliyin pozulmasına həm daxili, həm də kənar amillər təsir edir.

Bosniya və Herseqovinanın Baş nazirinin müavini, xarici işlər naziri, sabiq hökumət başçısı Zlatko Lagumdzija isə barışın bir model olmadığını, onun insanlığı qoruyan tavan və fundamental bir məsələ olduğunu qeyd edib.

Panel müzakirələrdə Azərbaycan Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da çıxış edib. O, müasir münaqişələrin həlli, onların arasındakı ziddiyyətlər, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. O, müasir münaqişələrin həlli, mövcud ziddiyyətlərlə bağlı fikirlərini bölüşüb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə ətraflı məlumat verib.

1992-1993-cü illərdə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmasına dair dörd qətnamə qəbul etdiyini xatırladan Əli Həsənov qarşı tərəfin indiyədək bu qətnamələrin heç birinə məhəl qoymadığını və Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini diqqətə çatdırıb.

“Siz burada olduğunuz günlərdə şəxsən şahid olacaqsınız ki, Azərbaycan sözün həqiqi mənasında müasir dünyada etnik tolerantlığın, dinlər və millətlərarası birgə yaşayış normalarının ən gözəl nümunələrini ortaya qoyub. Bu gün Azərbaycan sivilizasiyaların kəsişdiyi, İslamla xristianlığın sərhədlərinin birləşdiyi bir məkan olaraq, hər iki sivilizasiyaya geniş meydan verib. Azərbaycanda bu sahədə həyata keçirilən siyasət bütün dünyada təqdir olunur”,- deyə Prezidentin köməkçisi əlavə edib. Diqqətə çatdırıb ki, Azərbaycandan tam fərqli olaraq, Ermənistanda milli və dini dözümsüzlük hökm sürür. Son 20 il ərzində oradan 250 minə qədər azərbaycanlı və digər xalqların nümayəndələri qovulub. Bütün bunların diqqətdən kənarda qalması nəticə etibarı ilə arzuolunmaz president yaradıb.

 

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …

Bir cavab yazın