Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Şəhidin izdihamlı dəfn mərasimi: Deputatlar və icra başçıları da başsağlığına gəldilər – FOTOLAR

Şəhidin izdihamlı dəfn mərasimi: Deputatlar və icra başçıları da başsağlığına gəldilər – FOTOLAR

Aprel ayını 2-dən təmas xəttində başlayan döyüşlərdə şəhid olan əsgərimiz Müşfiq Orucovun yas mərasimi keçirilib. Böyük izdihamın müşahidə olunduğu yas mərasimində millət vəkilləri, icra başçıları, şəhidin sinif yoldaşları, tələbə yoldaşları və qohumları iştirak ediblər.
Musavat.com-un məlumatına görə, təmas xəttində başlayan döyüşlərdə qəhrəmancasına şəhid olan əsgərin yas mərasimi “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı mərasim evində baş tutub.
Tərtər rayonu istiqamətində gedən döyüşlərdə həlak olan şəhidin yas mərasiminə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, deputatlar Hüseynbala Mirələmov  və İmamverdi İsmayılov, Xətai Rayon Polis İdarəsinin və Müdafiə Nazirliyinin əməkdaşları da qatılıb.
Böyük izdihamın müşahidə olunduğu mərasimdən əvvəl məktəblilər “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirərək, mərasim zalının qarşısına toplaşıblar.
Şəhid M.Orucovun atası Arif Orucov oğlunun vətən uğrunda şəhid olmasından qürur duyduğunu deyib.
Şəhid atası deyib ki, oğlu həm valideyinlərinin, həm də Azərbaycanın başını uca edib: “Mən həmişə onunla fəxr etmişəm. Başımızı həmişə uca edib. Gənc yaşda itirdik, onu… Diplomunu görə bilmədi. Universitetdə “vinetka” çəkdirmişdi. Onu da görə bilmədi. Gənc yaşda vətən uğrunda şəhid oldu. Vətən sağ olsun. Təki işğal olan torpaqlarımız düşmən tapdağından azad edilsin”.
1994-cü ildə anadan olan şəhid M.Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb. Hərbi xidmətini başa vurmasına 3 aydan az bir zaman qalan M.Orucov aprelin 2-dən 3-nə keçən gecə düşmənlə döyüşdə şəhid olub.
Hərbi xidmətdə olduğu müddətdə ailəsinin istəyinə baxmayaraq, məzuniyyətə gəlməyən Müfiq Orucov bu ayın 25-də tələbə yoldaşının toyuna gəlmək istəyirmiş.
Zəngilan rayonundan məcburi köçkün olan Müşviq Orucov ailəsi ilə birlikdə Xətai rayonunda Hacı Zeynalabdin Tağıyev adına toxuculuq zavodunun yataqxanasında bir otaqlı mənzildə yaşayırdı.
Atası Arif Orucov yataqxananın yaxınlığındakı Zəngilan məktəbində hərbi müəllimi, anası Aygün Orucova da rus dili müəlliməsi kimi fəaliyyət göstərib.
Şəhidin anası Aygün Orucova aprelin 6-da “Heydər” məscidində millət vəkili, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın şəhid anaları və ailə üzvləri ilə görüşündə iştirak edib. “Heydər” məscidinin mərasim zalında şəhid olan əsgərlərin ailə üzvləri ilə görüş keçirilib, ehsan verilib.










Həmçinin oxuyun

ATƏT XİN Şurasının iclası başlayır: Qarabağ da müzakirə ediləcək

Bu gün ATƏT Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında iclası başlayır. Albaniyanın sədrliyi ilə keçiriləcək …

Bir cavab yazın