Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / BAYRAĞIN QİYMƏTİ – Zahid ORUC

BAYRAĞIN QİYMƏTİ – Zahid ORUC

Bir az əvvəl,son günlərin əsas hadisələri fonunda satış mərkəzlərində üçrəngli bayrağımızın qiymətinin qalxdığını gördüm.Vətənin dəyəri,torpağın müqəddəsliyi onu yenidən qazanmaqla ölçüldüyündən indi hər şeyin mənası dəyişir və əhəmiyyəti artır.Yəqin, sadəcə materialına çəkilən xərcin hesabına istehsalçı şirkətlərimiz son durumdan yararlanmaq istəyiblər.Əlbəttə,qoy olsun.Məğlubiyyət,hətta ən dəyərli varlığı belə gözdən salır,heçə çevirir.
İndi QALİB ŞƏHİDLƏRİN qanı hesabına Bayrağımızın qiyməti qalxıb.Onu uca edən və yüz minlərlə oğlumuza-qızımıza sevdirən də bax budur.
Sezar hər zaman Bayrağı əskərlərin özündə aparmağı əmr edərdi.Yəqin,qanlı döyüşlərə atılan cəngavərlərin gücünü artıran kətan parçanın nə qədər möhkəm zireh olduğunu qüdrətli imperator da yaxşı bilirmiş.Tarix bayraqları bələk və kəfən etməklə ona ikili tale yaşadıb.Amma bayraqlar heç zaman ölmür və basdırılımır.Yalnız insan övladı başlanğıcdan sona qədər bir libası geyinə bilir. Bəxtəvər o adamın başına ki,son mənzilə yola düşərkən ÜSTÜNƏ BAYRAQ ÇƏKİLSİN.İNDİ ÖZÜNÜNÜZ HESABLAYIN,SON GEYİMİN QİYMƏTİ NEÇƏYƏDİR?
Görürüsünüz, ərəb dünyasındakı münaqişələrin nəticəsi Nyu-York birjalarında necə tez hiss olunur? Çünki,müharibələri aparan tanklar-toplar iqtisadiyyatın da əsas çəkici qüvvələridiR.Qan və neftin qiymətini sinxronlaşdırlanlara isə Azərbaycan əskəri fərqli bir reallıq təklif etdi.Qoy hər zaman torpaqlara tökülən insan qanları milli ruhun simvolu olan BAYRAQLARIN QİYMƏTİNİ QALDIRSIN!
“İlahi Təpə” dediyiniz o yüksəkliyə hansı qiymətə bayraq alıb sancmaq istərdiniz?

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın