Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Rüstəm İbrahimbəyov satqındır” – BAXCP yetkilisi

“Rüstəm İbrahimbəyov satqındır” – BAXCP yetkilisi

Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov “The New Times”a müsahibəsində “biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq” fikiri siyasi partiyaların kəskin etirazına səbəb olub. Bununla bağlı mətbuata acıqlama verən BAXCP sədrinin siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, Rüstəm İbrahimbəyov və adını “Milli Şura” qoyan təşkilatda olan şəxslər satqınlardı:” Rüstəm İbrahimbəyov və Milli Şurada olan Əli Kərimli Cəmil Həsənli Azərbaycan xalqının milli maraqlarını öz şəxsi maraqlarına satmış adamlardılar. Rüstəm İbrahimbəyov utanmadan bu gün mətbuatda deyir ki, “biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq”. 30 min vətəndaşımızı qətlə yetirən, Azərbaycanın faktiki ərazisinin 20% -ni işğal etmiş, bir milyon vətəndaşını öz evindən didərgin salmış və tarix boyu Azərbaycan dövlətinə və onun xalqına qarşı amansızcasına düşmənçilik edən erməni xalqı neçə düşmən ola bilməz?! 31 mart , Xocalı soyqırımı və digər dəhşətli faicələri bizə yaşadan ermənilər düşmən deyil, bəs nədir?! Adamın vicdanı olar! İndiyə kimi bir erməni görməd ki, çıxıb desin, türklər bizim düşmənimiz deyil. Görünür ermənilər Milli Şurada təmsil olunan üçün düşmən deyil. 2013-cü ildə Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə “Milli Şura” adı qoyulan bu təşkilatı Rusiya yaratmışdır. Azərbaycan hakmiyyətinə təzyiq etmək üçün. Və nəticə etibarı ilə heçnəyə nail ola bilmədilər. Bu gün də onların cəmiyyət arasında nüfuzu, hörməti yoxdur. Cəmil Həsənli bu yaşına kimi 3-4 partiya dəyişib. Ancaq şəxsi maraqlarını güdüb. Əli Kərimli də Azərbaycan siyasətinin üz qarasıdır. Xəyanət etmədiyi adam qalmayıb. Siyatin xəyanət simvoludur. Bu cür adamlar təbii ki, erməniləri düşmən görmürlər. Satqınların milli kimliyi olmur. Rüstəm İbrahimbəyov erməni diasporasına və onları müdafiə edən şəxslər üçün yaxşı təbliğat vasitəsi yaratdı . Ermənilər bundan da istifadə edəcəklər. Bütün dünyaya göstərəcəklər ki, baxın, Azərbaycan da müxalifət qurumunun rəhbəri olan İbrahimbəyov erməniləri düşmən görmür…

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın