Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Rusiya ilə İranın gizli razılığı ortaya çıxdı – Foto

Rusiya ilə İranın gizli razılığı ortaya çıxdı – Foto

İranın Rusiyadan aldığı 40 min “Kalaşnikov” avtomatı Suriyada döyüşən şiə qüvvələrinə göndərilib. Bu barədə Türkiyənin Yeni Şəfəq qəzeti məlumat verib.

Axar.az xəbər verir ki, gizli silah razılaşmasının sənədlərini əldə edən qəzet ötən ay iki ölkənin müdafiə nazirləri arasında müqavilə imzalandığını bildirib.

Bu silahlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən Türkman dağı cəbhəsi başda olmaqla Hələb, Həma, İraq və Yəməndəki şiə qüvvələrinə göndərilib. Razılaşmanın detalları Türkiyə təhlükəsizlik qaynaqları tərəfindən da təsdiqlənib.

Müqavilədə Rusiyanın İrana verdiyi silahların üçüncü bir ölkəyə göndərilməsi qadağan edilir. Lakin xaricdəki silahlı qruplaşmalar Tehrandan idarə olunduğu üçün razılaşmanın bu bəndi pozulub.

Qəzetin əldə etdiyi məlumata görə, İraq və Suriya başda olmaqla Livan, Əfqanıstan və Pakistan kimi ölkələrdən gətirilən minlərlə xarici hərbçi məhz İran tərəfindən cəbhəyə göndərilir, orada koordinasiya olunur. Xüsusilə Suriyada Əsəd rejimi ilə müxaliflər arasında qarşıdurmalarının sıx olduğu bölgələrdə hökumət qüvvələri daxilində muzdlu hərbçilər döyüşür.

Qeyd edək ki, Rusiya bombardmançısı vurulduqdan sonra Moskva ilə PKK arasında da yaxnlaşma hiss olunur. Suriyanın şimalında, Afrin və Hələbdəki YPG üzvlərinə yardımını əsirgəməyən şimal qonşumuz son həftələrdə bölgəyə 10 tona yaxın silah göndərib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın