Ana səhifə / Siyasət / Ağdaşda fəhləyə “lafet” qoşdular: qeyri-insani hərəkət — VİDEO

Ağdaşda fəhləyə “lafet” qoşdular: qeyri-insani hərəkət — VİDEO

Azinforum.az xəbər verir ki, ölkə.az-ın əməkdaşı Ağdaş rayonunda fəhlələrə qarşı qeyri-insani münasibətin şahidi olub.

Belə ki, rayon mərkəzinin təmizliyinə məsul işçilərin öz işlərini görməyi azmış kimi, onlara traktor qoşqusu da qoşulur. Videodan da aydın görünür ki, yaxınlıqda traktor ola-ola qoşqunu fəhlələr dartırlar. Adlarının açıqlanmasını istəməyən fəhlələr bildiriblər ki, bu “yeniliyi” yanacağa qənaət etmək üçün ediblər:

“Rəhbərlik deyib ki, yanacağa qənaət edin. Ona görə qoşqunu özümüz dartırıq”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Ağdaş rayonunda fəhlələrin traktor qoşqusuna qoşulması videosu qısa müddətdə böyük narazılığa səbəb olub.

Ancaq Ağdaş Rayon icra Hakimiyyətində belə hesab edirlər ki, fəhlənin “lafet”ə qoşulmasında qəribə heç nə yoxdur. İcra Hakimiyyətinin şöbə müdiri Qalib Həsənov Ölkə.az-a açıqlamasında bildirib ki, bu işlərə başqa bir qurum cavabdehdir:

“O video haqda məlumtsızam və əlimdə əsas yoxdur. İnsan könüllü “lafet”ə də qoşula bilər, dartıb apara da. Burda nə var ki? Bu işlərə biz baxmırıq. Onlar özəl qurumdur, özü-özünü maliyyələşdirir, icra hakimiyyəti ilə əlaqəsi yoxdur”.

Xatırladaq ki, əməkdaşımızın çəkdiyi görüntülərdə rayon mərkəzinin təmizliyinə məsul işçilərin traktor qoşqusunu dartdığı açıq-aşkar görünür. Fəhlələr isə durumu belə izah ediblər:

“Rəhbərlik deyib ki, yanacağa qənaət edin. Ona görə qoşqunu özümüz dartırıq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın