Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Rektor əmr verdi – Universitetdə yeni təyinatlar

Rektor əmr verdi – Universitetdə yeni təyinatlar

Azərbaycan Dillər Universitetində (ADU) təyinatlar olub.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin əmri ilə Samir Sabir oğlu Həmidov Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin, Vüsalə Elxan qızı Ağabəyli Filologiya və jurnalistika fakültəsinin, Zarina Natiq qızı Aslanova Tərcümə fakültəsinin, Fikrət Fətiş oğlu Cahangirov isə Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin dekanı vəzifəsinə təyin olunublar.
“Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na müvafiq olaraq yaradılmış seçim komissiyası tərəfindənbir ay müddətində müraciət etmiş namizədlərin sənədləri araşdırılıb, onlarla müsahibələr təşkil olunub və müvafiq qərar qəbul edilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın