Ana səhifə / Siyasət / “Qudurğan pozlar nifrət yaradır” – Millət vəkilindən sərt reaksiya

“Qudurğan pozlar nifrət yaradır” – Millət vəkilindən sərt reaksiya

Millət vəkili Qənirə Paşayeva bahalı avtomobili ilə 24 yaşlı ananın ölümünə səbəb olan biznesmenin oğlundan yazıb. 

“Qafqazinfo” xəbər verir ki, o, çox bahalı avtovobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının sosial mediada paylaşılan şəkillərini gördüyünü vurğulayıb: “İçki içərkən, qəlyan çəkərkən və həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə ata-analar öz övladlarını necə bədbəxt edirlər deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır. 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazanıb ala bilməyəcəyi qiymətə maşın alıb məktəbə göndərən atadır 24 yaşlı gənc ananın ölümündə günahkar.

Yaşı çatmayan və demək sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə ilk öncə suçlu olan. Bu uşağın sənədsiz şəhərdə necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa hansı addımlardır, ictimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək.

Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təəssüf, qınaq və hiddət hissi ilə… Bu cür atalara demək istəyirəm ki, milləti düşünmürsünüzsə, heç olmasa övladınızı, onun gələcəyini düşünün. Bir uşaq özünün əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşınla pozları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsunlar. Onsuz da sizin pulunuz Allah nəsib etsə övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınıza, onların tədbiyəsinə…

Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan pozlar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır, tam əksi nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki, ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa, o ailə və iki uşaq anasını yetim qoyan o “uşaq” bir ömür vicdan əzabı cəzası çəkəcəklər.

Yetər! Hər kəs pulu özü üçün qazanır və ondan başqalarını əzmək üçün istifadə etməyə heç kəsin haqqı yoxdur”.

 

Həmçinin oxuyun

Səməd Seyidov: Paşinyan son vaxtlar çox təhlükəli yol tutub

İşğalçı və təcavüzkar dövlət olan Ermənistanın Baş naziri Nikol Paşinyan son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə …

Bir cavab yazın