Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Qiymət Mehdiyev: “O villanı həmin adama verəcəyəm” – VİDEO

Qiymət Mehdiyev: “O villanı həmin adama verəcəyəm” – VİDEO

Həyat yoldaşının Türkiyədə 20 milyon dollara 16 villa aldığı deyilən SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev məsələ ilə bağlı açıqlama vermək üçün ictimaiyyət qarşısına çıxıb.
AzNews.az xəbər verir ki, ANS-in “Xəbərçi” verilişinin qonağı olan SOCAR rəsmisi yayılan məıumatların həqiqəti əks etdirmədiyini deyib: “Yayılan məlumatların heç biri həqiqətə uyğun deyil. Bu, mənə və ailəmə qarşı aparılan çirkin kampaniyadır. Mənim xanımım Türkiyədən yalnız 1 villa alıb, onun da qiyməti 60 min dollar civarındadır. Düşünürəm ki, bu qiymətə ev almaq hər bir normal ailənin büdcəsinə uyğundur. Kim mənim xanımımın adına başqa bir ev olduğunu sübut etsə, həmin villanı ona bağışlayacağam”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın