Bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu – altıncı turun oyunları keçiriləcək.
Qol.Az-ın məlumatına görə, təmsilçilərimizdən “Qarabağ” həlledici oyununa çıxır.
Qurban Qurbanovun komandası səfərdə “Anderlext”in qonağı olur. Bakıda keçirilən oyunda bu rəqibinə qalib gələn Ağdam klubu bunu Belçikada da bacarsa, “pley-off”a vəsiqə qazana bilər. Ancaq bunun üçün “Monako”nun “Tottenhem”lə oyunda xal itirməsi vacibdir.
10 dekabr
Avropa Liqasının qrup mərhələsi
J qrupu
00:05. “Anderlext” (Belçika) – “Qarabağ” (Azərbaycan) – 2:1 (İkinci hissə)
Qollar: Dani Kintana, 26 (1:0), Najar, 28 (1:1), Okaka, 31 (2:1)
Hakimlər: Slavko Vinçiç, Bojan Ul, Tomaş Klançnik,Roberto Ponis, Draqoslav Periç, Andraş Kovaçiç (hamısı Sloveniya)
Brüssel. Konstant Vanden Stok stadionu
00:05. “Tottenhem” (İngiltərə) – “Monako” (Fransa) – 3:0 (Fasilə)
Qollar: Lamela, 2 (1:0), 15 (2:0), 38 (3:0)