Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / “Qapılarını “Azəriqaz”ın işçilərinə açmasınlar” – Dövlət Xidmətindən xəbərdarlıq

“Qapılarını “Azəriqaz”ın işçilərinə açmasınlar” – Dövlət Xidmətindən xəbərdarlıq

“SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları bəzi hallarda qanunu düzgün qəbul etmədikləri və ya anlamadıqları üçün əhalinin və sahibkarların qapısını döyüb qanunsuz olaraq yoxlama aparırlar”.
Bunu Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin sektor müdiri Hüseyn İbrahimov bildirib.
H. İbrahimov bildirib ki, “Azəriqaz”ın əməkdaşlarının etdikləri yolverilməzdir: “Buna baxmayaraq, “Azəriqaz” əməkdaşları bu tip hərəkətlərini davam etdirirlər. Bu isə bir çox hallarda işin məhkəməyə qədər uzanmasına səbəb olur. Əhalidən xahişimiz və tələbəmiz budur ki, qapılarını “Azəriqaz”ın işçilərinə açmasınlar. İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282 və 542-ci maddələrində bunlar təsbit olunub. Qaz paylayıcısı ilə qaz istehlakçısı arasında olan ən ümdə sənəd alqı-satqı müqaviləsidir. “Azəriqaz”ın bu müqavilədən kənara çıxmaq üçün heç bir səlahiyyəti yoxdur. Əgər əvvəl “Azəriqaz” əməkdaşlarının 6 aydan bir istehlakçını yoxlamaq səlahiyyəti var idisə, artıq onların bu səlahiyyəti ləğv edilib və bunu ehtiva edən bənd müqavilədən çıxarılıb. Buna baxmayaraq, “Azəriqaz”ın əməkdaşları yoxlamalar aparırlar. Bu sahədə nəzarəti yalnız Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi apara bilər”.
Sektor müdiri əlavə edib ki, istehlakçılar hər hansı neqativ hallarla rastlaşarsa, Dövlət Qaz Nəzarəti İdarəsinə müraciət edə bilərlər. “Müraciət daxil olduğu halda, idarə istehlakçıların hüquqlarını müdafiə edəcək”.
apa

 

Həmçinin oxuyun

“Bərdə sakinlərinin qisası yerdə qalmayacaq” – Prezident

Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, …

Bir cavab yazın