Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / Putinin tənqidi nəticə verdi: Rusiya kanalları “Bakı 2015” oyunlarını yayımlayacaq

Putinin tənqidi nəticə verdi: Rusiya kanalları “Bakı 2015” oyunlarını yayımlayacaq

“Bakı 2015” I Avropa Oyunlarının Rusiya ərazisində yayımı məqsədilə “Rossiya” milli televiziya kanalı ilə müqavilə imzalanıb. Report.az-ın məlumatına görə, telekanal qonşu ölkədə Oyunların həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası vasitəsilə nümayiş etdirmək hüququ əldə edib.

Müqaviləyə əsasən, “Bakı 2015” Rusiyada 53 milyon evə yayımlanacaq. “Rossiya 2” (ödənişsiz yayım), “Sport”, “Sport 1” və “Döyüş klubu” (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rus tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb səhifəsi – Vesti.ru və Sportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək.

Telekanalın idman şöbəsinin rəhbəri Aleksandr Tasçin bildirib ki, Avropa Oyunları 12 idman növü üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya imkanları verir. Eyni zamanda, Rusiya Oyunlarda ən geniş tərkibdə təmsil olunacaq: “Məhz bu səbəbdən, “Rəqəmsal televiziya” RTR paketinə daxil olan üç kanal vasitəsilə maksimum şəkildə bütün yarışların yayımını televiziya tamaşaçılarına təqdim etməyə hazırıq”.

Qeyd edək ki, iyunun 2-də Rusiya prezidenti Vladimir Putin “Bakı 2015” I Avropa Oyunlarını ölkə telekanallarının yayımlamamasından narazılığını bildirib.

Həmçinin oxuyun

“Fransa həllin deyil, problemin bir parçasıdır” – Hulusi Akar

Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq tərəfsiz olmalıdır. Bu barədə Türkiyənin Milli Müdafiə naziri …

Bir cavab yazın