Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / Prezident səfirlərin etimadnamələrini qəbul etdi

Prezident səfirlərin etimadnamələrini qəbul etdi

Bu gün prezident İlham Əliyev Qazaxıstan və Vyetnamın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

ANS PRESS-in məlumatına görə, Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nquyen Than Şon və Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev etimadnamələrini dövlət başçısına təqdim ediblər.
İlham Əliyev yeni təyin edilmiş səfirlərlə söhbət zamanı ölkələr arasındakı əlaqələrdən, ikitərəfli münasibətlərin səviyyəsindən razılığını bildirib, əlaqələrin gəlcəkdə daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Həmçinin oxuyun

“Hətta qələbəmizi də məğlubiyyətə çevirdik” – Jirayr Liparityan

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin atəşkəs bəyanatı faktiki olaraq Qarabağ məsələsini bağlayır. Düzdür, sənəd bunu …

Bir cavab yazın