Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Siyasət / Pirverdiyev maaş vermir – İşçilər şikayətçidir

Pirverdiyev maaş vermir – İşçilər şikayətçidir

AzərenerjiASC ciddi maliyyə problemi ilə üzləşib.

“Qafqazinfo” xəbər verirki, Turan agentliyi müəyyən edib ki, vergi orqanları III rüb üzrə dövlət büdcəsinə vaxtında ödəniş tələb ediblər. Bununla bağlı şirkətin bütün gəlirləri büdcə öhdəliklərinə xidmətə sərf edilib. “Azərenerji” ASC digər problemlə üzləşib – əməkdaşlarına maaş verə bilmir. Oktyabrın yarısı arxada qalıb, amma şirkətin əməkdaşları avqust maaşını ala bilmir. “Deyirlər ki, bir qədər də dözün”, – deyə “Azərenerji” ASC-nin əməkdaşlarından biri bildirib.

“Azərenerji”də maaş böhranı ilə bağlı “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, qurumun rəhbərliyi işçilərlə söhbətdə məsələyə görə “Azərişıq”ı ittiham edib. İddia edilib ki, “Azərişıq” “Azərenerji”dən aldığı enerjinin pulunu vermədiyinə görə maaş böhranı yaranıb. Lakin işçilər araşdırma zamanı öyrəniblər ki, “Azərişıq” pulu ödəyib. “Azərişıq”dan onlara bildirilir ki, həmin pul “Azərnereji”nin kreditlərinin qaytarılmasına sərf edilib.

Həmçinin oxuyun

Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar – Ərdoğana müraciət edib

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcovu Türkiyədə aldadaraq külli miqdarda …

Bir cavab yazın