Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Siyasət / Piriyevin sirri: SOCAR-dan qazı ucuz almaq istəyirmiş…

Piriyevin sirri: SOCAR-dan qazı ucuz almaq istəyirmiş…

Ötən həftə Bakının Qaradağ rayon ərazisində yerləşən metanol zavodu fəaliyyətini dayandırıb.

Zavodun nümayəndəsi Fuad Hətəmov Marja portalına bildirib ki, zavod SOCAR tərəfindən qazın çatdırılmaması səbəbindən dayandırıb. Dövlət Neft Şirkəti tərəfindən çatdırılmasının qarşısı alınan təbii qaz metanolun alınması üçün xammal olaraq istifadə edilir.

Amma SOCAR-dan “Turan”a bildiriblər ki, “AzMeCo” qaz pulunu bazar qiymətinə ödəmək istəməyib. “AzMeCo” qazı “Azəriqaz”dan daha ucuz almaq istəyib.

Dünən KİV-də yayılan məlumata görə, “AzMeCo” şirkətinin Direktorlar Şurasının sədri Nizami Piriyev saxlanılıb. Məhkəmə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Məlumata görə, Piriyev dələduzluqda, ictimai mülkiyyəti mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, Piriyev Bakıda 2007-ci ildə metanol zavodu tikintisi ideyası ilə peyda olub. Buna qədər Moskvada yaşayıb. Azərbaycan hökuməti ideyanı dəstəkləyib və kömək edib. O vaxt Piriyev bəyan edib ki, 2010-cu ildə zavod ilk məhsulu buraxacaq. Amma Piriyev yalnız 1 dekabr, 2009-cu ildə Avropa Yenidənqurma və İnkişaf Bankından ilk 150 milyon dollar vəsait cəlb edib. O, bu tədbirə Britaniyanın sabiq baş naziri Toni Bleyeri cəlb edib.

Вu zavodun tikintisi Piriyevə 450 milyon dollara başa gəlib. Qalan 300 milyon dolları o, Azərbaycan Beynəlxalq Bankının kreditləri ilə (hazırda bu bankda ciddi yoxlamalar aparılır, məlum olub ki, məmurlar və qohumları bu bankdan iri miqyasda kredit alıb, sonra ya qaytarmayıb, ya da uzun illər gecikdiriblər) ödəyib. Zavod 2013-cü ilin sonunda istismara verilib.

Şirkətin rəsmi məlumatına görə, 2014-cü ildə “AzMeCo” Türkiyə, Rumıniya, Hollandiya, Sloveniya və Belçikaya 100 min ton metanol ixrac edib.

Həmçinin oxuyun

Əli Kərimlinin obrazı: “Yurd” sədrinin şousu nəyə hesablanmışdı? – TƏHLİL

19 oktyabrda Milli Şura Bakıda razılaşdırılmamış aksiya keçirməyə cəhd etdi. Hökumət aksiyanın həmin gün saat …

Bir cavab yazın