Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Siyasət / Ölüm xəbərini alanda çox pis oldum” –“Çalıquşu”nun Fəridəsi Şahin Zəkizadədən danışdı -VİDEO

Ölüm xəbərini alanda çox pis oldum” –“Çalıquşu”nun Fəridəsi Şahin Zəkizadədən danışdı -VİDEO

ARB TV-nin “Türk şou maqazin” verilişinin növbəti qonağı türkiyəli aktrisa Aydan Şener olub.

“Çalıquşu”nun məşhur Fəridəsi, ilk olaraq serialın yenilənmiş versiyasını bəyənmədiyini və sadəcə adlarının eyni olduğunu bildirib:

“Başqa hekayə idi. Əsas romandan çox uzaqlaşılmışdı. Fərqli idi, yəni çox fərqli bir şey. Sadəcə musiqisi və adı eyni idi. Amma məncə o “çalıquşu” deyildi. Nəyisə artıq keçib gedib. O da bitib onsuz da”.

Daoha sonra aktrisa son zamanlar Türkiyədə artan seriallardan söz açıb:

“Çox uğurludurlar. Yəni gənc aktyorlar da, rejissorlar da. Çox da uğurludurlar. İndi müddət çox uzundur. 90 dəqiqə, 100-120 dəqiqəyə kimi olan bölümlər var. Ssenaristlərin də işi çox çətindir. Rejissorların da elə. Həmçinin 2 komanda olaraq işləyirlər. Tək komandayla 90 dəqiqəlik bölümü 1 həftəyə çəkmək mümkün deyil. Ona görə gənc rejissorları çox bəyənirəm”.

Aydan Şener bildirib ki, vaxt azlığına görə hansısa bir serialı davamlı olaraq izləyə bilmir:

“Filmlərin hamısı gözəldir. Mən davamlı serial izləyə bilmirəm. Müddət çox uzun olduğu üçün darıxıram. Daimi olaraq izlədiyim bir film yoxdur. Gördüyüm qədər, ara-ara hamısına baxıram, hamısı çox yaxşıdır. Amma əlbəttə ki, indi “Qəlbimizdəki dəniz”dir. Rastıma düşdükcə, xüsusən də son 3-4 bölümdür mən də daxil olacağam deyə baxıram”.

Sonda aktrisa mərhum rejissor Şahin Zəkizadənin ölüm xəbərinə çox pis olduğunu bildirib, ailəsinə isə başsağlığı verib.

“Bu arada mənim azərbaycanlı dostum, Şahin Zəkizadə. Reklam filmi də çəkmişdik. Onun ölüm xəbərini aldım. Çox pis oldum. Balaca uşaqları da var idi bilirəm. Allah rəhmət eləsin. Çox gənc yaşda itirdik. Ailəsinə, sevdiklərinə başsağlığı diləyirəm. Buradan da sizin vasitənizlə deyim, çox sevdiyim bir dostum idi”.

Həmçinin oxuyun

“Facebook” üzərindən videoyayım aparan mühacir azərbaycanlılara pul yığımında ermənilər də fəal iştirak edir

“Məlum olur ki, o adamlar elə Azərbaycanda da peşəkar dələduz olublar”. Bəllidir ki, sosial şəbəkələrin …

Bir cavab yazın