Ana səhifə / Siyasət / Ölkədə görüntülü və görüntüsüz danışıqları niyə qadağan ediblər?

Ölkədə görüntülü və görüntüsüz danışıqları niyə qadağan ediblər?

Nazirlik susur, versiyalar isə gündən-günə artır

Qəzetimizin ötən sayında xəbər vermişdik ki, ölkəmizdə WhatsApp zəngləri ilə bağlı problemlər yaşanır. Bunun daha çox İslam Oyunları ilə bağlı olduğu səslənən ilk versiyalardan biridir. Ehtimal olunur ki, bu ərəfədə informasiyaların xaricə operativ surətdə ötürülməsinin qarşısını almaq üçündür. Bunun təhlükəsizlik və ya ölkədə fəaliyyət göstərən mobil şirkətlərin monopolist fəaliyyətlərinin nəticəsi olması hələ dəqiqləşməyib. Bütün hallarda problem var və onun həll yolları tapılmalıdır.

Amma WhatsApp-la yanaşı, problem özünü Skype-da da göstərir. Yəni, insanlar sonuncu proqram vasitəsilə də videozəng edə bilmirlər. Eyni problem messencer istifadəçiləri arasında da nümayiş olunur. Proqramın zəng xidmətlərinin yalnız ölkəmizdə işləmədiyi bildirilir. Ona görə də insanlar daha çox Viber-in xidmətindən istifadə etməyə çalışırlar. Hələlik real qüvvədə olan və insanları yanıltmayan tək alternativ budur.
Halbuki Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olan «Microsoft» korporasiyası Skype istifadəçiləri üçün sözügedən yarışlara həsr olunmuş yeni emotikonu təqdim edib. Şirkətdən verilən məlumata görə, Microsoft-un bu misilsiz təşəbbüsünün məqsədi insanların bütün dünyaya oyunlar haqqında danışa bilmələri üçün möhtəşəm idman hadisəsinə dəstək olmaqdır.

Bu il «Microsoft» korporasiyası Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə yarışların keçiriləcəyi şəhərdən – Azərbaycan paytaxtından ilhamlanaraq yeni emotikon yaratmaq üçün güclərini birləşdirib.

Emotikonda Qobustan və Alov qüllələrinin (Flame Towers) simvolları istifadə olunub. Yenilikdən yararlanmaq üçün mətn sətrində (baku2017) yazmaq və ya paneldə Qobustan simvollu emotikonu seçmək lazımdır ki, daha sonra bu simvolu Flame Towers əvəz edir.

Skype proqramının təklif etdiyi bütün imkanlardan daim faydalana bilmək üçün «Microsoft» korporasiyası Windows ttps://www.skype.com/ru/download-skype/skype-for-computer/, Mac ttp://www.skype.com/ru/download-skype/skype-for-mac/, iPhone ttp://itunes.apple.com/in/app/skype/id304878510, iPad ttp://itunes.apple.com/app/skype-for-ipad/id442012681, və Android ttp://play.google.com/store/apps/details?id=com.skype.raider ilə işləyən kompüterlərə tətbiqin ən son versiyasından yararlanmağı tövsiyə edir.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə imzalanan tərəfdaşlıq sazişi çərçivəsində «Microsoft» korporasiyası “Bakı 2017 Skype Zonası” təşəbbüsünü həyata keçirmək məqsədilə texniki proqram təminatı, avadanlıq və brendinin təminatına cavabdeh olacaq. Bu maraqlı və yenilikçi təşəbbüs İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 57 üzv ölkəsindən olan medal qazanmış idmançıların öz uğurlarını dostları və ailələri ilə videoəlaqə yaradaraq qeyd etmələrinə imkan verəcək.

“Bakı 2017 Skype Zonası” idmançıların hər bir reaksiyasını üç kamera ilə qeydə alaraq tamaşaçılara oyunların ən maraqlı həyat hekayələrini yaxından izləmək imkanı yaradacaq.

Söhbətlər veb-kamera, eləcə də laptop ekranının və idmançının kürəyinin arxasındakı kameralar vasitəsilə lentə alınacaq. Əvvəlcə 10 dəqiqə sürən videolar 90 saniyəlik kliplər şəklində montaj olunacaq və Bakı 2017-nin sosial media kanalları (Facebook.com/baku2017 ttps://www.facebook.com/baku2017/; Twitter.com/Baku2017isg ttps://twitter.com/search?q=Baku2017isg&src=typd;

Youtube.com/Baku2017 ttps://www.youtube.com/watch?v=xsVcRkK03Oc) vasitəsilə onlayn rejimdə yayımlanacaq.

İslam Oyunları ilə bağlı həyata keçirilən bu kampaniyanın elə oyunlar başlanan günlərdə niyə iflasa uğraması da bir başqa müzakirənin mövzusudur. Söhbət burada təkcə yerli əhalinin yaşadığı problemdən getmir. Turistlər də bundan narazı qalıblar. Təhlükəsizlik məqsədilə belə bir məhdudiyyət qoyulubsa, bu, qanunvericilik əsasında olub. Amma Azərbaycanda bu sahəyə cavabdeh qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Ekspertlər də hesab edir ki, sözügedən nazirlik ölkədə böyük bir beynəlxalq tədbirin keçirildiyi vaxtda belə bir problem yaşandığına görə rəsmi açıqlama verməlidir.

Əməkdaşımız gün ərzində bu suala cavab tapmaq və problemin səbəbini müəyyənləşdirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb. Amma gün boyu nazirliyin heç bir əməkdaşı bu suala cavab verə bilməyib. Mövzunu davam etdirəcəyik.

Həmçinin oxuyun

Səməd Seyidov: Paşinyan son vaxtlar çox təhlükəli yol tutub

İşğalçı və təcavüzkar dövlət olan Ermənistanın Baş naziri Nikol Paşinyan son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə …

Bir cavab yazın