Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Nazirlik qanunsuz qovulanları işə bərpa etdi

Nazirlik qanunsuz qovulanları işə bərpa etdi

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 489 min 400 manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əmək qanunvericiliyindən irəli gələn tələblərə əməl olunmasına, o cümlədən sosial xarakterli ödənişlərin işçilərə gecikdirilmədən, vaxtlı-vaxtında ödənilməsinin təmin olunmasına dövlət nəzarəti tədbirlərini cari ilin yanvar-iyun aylarında da uğurla davam etdirib.

 

Hesabat dövründə ümumilikdə 489 402 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib ki, bu da ötən ilin ilk yarımili ilə müqayisədə 2,1 dəfə çoxdur. Ödənilməsi təmin olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin 413 969 manatı əmək haqlarından, 8 278 manatı zərərə görə ödənclərdən, 67 155 manatı sosial müavinət və kompensasiyalardan ibarət olub.

 

Bu sahədə yol verilmiş nöqsanlara görə aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin 53.4-cü maddəsinə əsasən, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Bununla yanaşı, son 6 ayda DƏMX işdən qeyri-qanuni şəkildə azad edilmiş 12 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunmasını təmin edib.

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın