Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Siyasət / Nazir oğlu fəxri konsul təyin edildi

Nazir oğlu fəxri konsul təyin edildi

Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədov Makedoniya Respublikasının Azərbaycandakı fəxri konsulu təyin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Makedoniya xarici işlər naziri Nikola Poposkinin Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarova göndərdiyi məktubda bildirilir.

Nikola Poposki qeyd edir ki, A.Məmmədovun ölkəsinin Azərbaycandakı fəxri konsulu təyin edilməsi iki dövlət arasında iqtisadi, ictimai, mədəni əlaqələrin daha yüksək səviyyədə inkişafında mühüm rol oynayacaq.

“Bu məktubla cənab Anar Məmmədov fəxri konsul təyin edilir. Bu funksiyanın yerinə yetirilməsi və Azərbaycanla Makedoniya arasında mövcud əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün mən sizdən Anar Məmmədovun Makedoniyanın Azərbaycandakı fəxri konsulu səlahiyyətlərini yerinə yetirməsi üçün şərait yaratmağı, ona dəstək və yardım göstərməyi, həmçinin konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, Azərbaycan ərazisində bütün imtiyazları təqdim etməyi xahiş edirəm”, – deyə, Nikola Poposki Elmar Məmmədyarova ünvanladığı məktubda bildirib.

Qeyd edək ki, Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur.

Həmçinin oxuyun

Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı

AXCP sədri Əli Kərimli sosial şəbəkədə Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqin təxirə salınması …

Bir cavab yazın