Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Nar Mobile” cəbhə bölgəsində yaşayan abunəçilərinə böyük jest – Pulsuz danışıq

“Nar Mobile” cəbhə bölgəsində yaşayan abunəçilərinə böyük jest – Pulsuz danışıq

“Nar Mobile” cəbhə bölgələrində vəziyyətin gərginləşməsi və əhalinin mobil rabitəyə artan ehtiyacını nəzərə alaraq, bu bölgələrdə yaşayan abunəçilərinin balansına gündəlik ölkədaxili hər yönə 100  danışıq dəqiqəsi, 100 qısa mesaj (SMS) və 100 meqabayt internet yükləyib.

Mia.az xəbər verir ki,  Ağdam, Füzuli və Tərtər daxil olmaqla, cəbhəyanı ərazilərdə yaşayan və nömrəsi aktiv olan (zəng qəbul edən və zəng edən) abunəçilərin balansına artıq müəyyən müddətdə hər gün “Nar Mobile” tərəfindən təqdim olunan 100 dəqiqə, 100 SMS, 100 MB internet yüklənəcək.

Həmçinin, “Nar Mobile” cəbhə bölgələrində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın