Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Nərimanov rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində – Fotolar

Nərimanov rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində – Fotolar

Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası, Nərimanov Rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Azinforum.az – a daxil olan məlumata görə, Heydər Əliyev  Mərkəzinin əməkdaşı tərəfindən ekskursiyanın iştirakçıların Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri və burada yaradılmış Heydər Əliyev Muzeyi haqqında məlumat verilib.

Ekskursiya iştirakçıları ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair unikal eksponatlarla, ölkənin tarixi keçmişini özündə yaşadan və müasir dinamik inkişafını təcəssüm etdirən tikililərin maketləri ilə tanış olublar.

Sonda rayon rəhbərliyi tərəfindən 5 nəfər gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olunub.

 

Nərimanov rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində - Fotolar
Nərimanov rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində - Fotolar
Nərimanov rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində - Fotolar

Həmçinin oxuyun

Əli Kərimli: “Məğlub olan düşmən gücünü dinc əhalini qətliama məruz qoymaqla göstərmək istəyir”

“Terrorçu Ermənistanın bu gün Bərdədə törətdiyi cinayət nəticəsində indiyədək olan məlumata görə, 21 nəfər dinc …

Bir cavab yazın