İki gün öncə Rusiyanın Tomsk şəhərində müalicə olunduğu xəstəxanada ağır xəstəlik üzündən vaxtsız vəfat etmiş əməkdaşımız, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun bu gün dəfn mərasimi keçirilir.
“Yeni Müsavat” ın reportyoru xəbər verir ki, Nərgiz Yaqublunu son mənzilə müşayiət edən izdiham Tofiq Yaqublunun Qaraçuxur qəsəbəsindəki evindən qəbristanlığa yola düşüb.
Dəfn mərasimində yüzlərlə insan iştirak edir. Onların arasında milli-azadlıq hərəkatının liderləri, iştirakçıları, tanınmış simalar da var.
Mərhum Nərgizin dostları, gənclər təşkilatlarındakı yoldaşları onun üçün transparant hazırlayıblar: “Sə bizim solmayan gülümüz, NƏRGİZİMİZSƏN”.