Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Siyasət / “Müharibə başlasa, Qarabağda Rusiya…” – Politoloqdan şok açıqlama

“Müharibə başlasa, Qarabağda Rusiya…” – Politoloqdan şok açıqlama

“Hələ ki, Kreml Qarabağ ermənilərinə Rusiya pasportlarını Azərbaycanla tərəfdaşlıq münasibətlərinə xələl gətirmək istəmədiyi üçün paylamır”.
Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Qarabağ ermənilərinə Rusiya pasportlarının verilməsi ermənilərin çoxdankı arzusudur: “Separatçı Abxaziya, Cənubi Osetiya (Gürcüstan) və Dnestr (Moldova) bölgələrində yaşayanlar rahat şəkildə Rusiya pasportları ala bilirlər. Bu o deməkdir ki, gələcəkdə Gürcüstanın və ya Moldovanın hərb yoluyla bu bölgələri geri qaytarması problematikdir. Çünki, Kreml bu bölgələrdə yaşayan vətəndaşlarının ölümünə seyrçi qalmayacaq, onları qorumalıdır. Rusiya prezidenti Vladimir Putin fərman verərək, separatçı Donetskdə və Luqanskda yaşayanların “yerli” pasportlarını da tanıdı, halbuki oradakı insanlara da Rusiya pasportları dağıda bilərdi. Sadəcə, Ukraynanın şərqində hələ müharibə gedir, həmin bölgənin separatçıları ciblərində Rusiya pasportları ilə döyüşlərdə həlak olsalar, Moskva istər-istəməz öz vətəndaşlarını qorumaq üçün Ukrayna ilə müharibəyə başlamaq məcburiyyətində qalacaq. Ona görə də Putin hələ ki, Ukraynadakı separatçılara Rusiya pasportları dağıtmağa tələsmir. Ancaq həmin gün uzaqda deyil.
Kreml Dağlıq Qarabağdakı ermənilərə də Rusiya pasportları paylayaması Ermənistan hakimiyyətinin arzusudur. Moskva hələ ki, buna getmir. Ancaq bu? Kremlin Azərbaycana hörmət və izzətindən irəli gəlmir. Sadəcə, münasibətlərdə ciddi suallara rəğmən, Rusiya Azərbaycanla tərəfdaşlıq münasibətlərinə xələl gətirmək istəmir”.
Elxan Şahinoğlu bildirib ki, əgər rəsmi Bakı xarici siyasətdə Gürcüstan və Ukrayna kimi qərbin xeyrinə korrektələr etsə və ya işğal altındakı torpaqları geri qaytarmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayarsa, bu halda Kremldən təxribat gözləmək mümkündür:
“Bu isə o deməkdir ki, biz hər addımımızda Rusiya amilini nəzərə almalıyıq. Bunun da uğurlu yol olduğunu düşünmürəm. Onda gərək, işğal altındakı torpaqları geri qaytarmaq haqqında düşünməyək və müharibənin ömrü də keçən il olduğu kimi cəmi 4 gün çəksin. Biz daima “Rusiya amilini” nəzərə almaqdansa, qoy Rusiya “Azərbaycan amilini” nəzərə alsın”.

Həmçinin oxuyun

Etibar Məmmədov 20 yanvarla bağlı daha bir sirri açdı: “Primakov bizə dedi ki, ordu Bakıya yox, Qarabağa gedir”

“Sabiq prezident Ayaz Mütəllibov deyir ki, Yevgeni Primakov 1990-cı ilin yanvarında Bakıya qoşunların girəcəyi barədə …

Bir cavab yazın