Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Misir Mərdanov: “Haqqımda bütün yazılanlar kimi, növbəti yazılar da böhtandır”

Misir Mərdanov: “Haqqımda bütün yazılanlar kimi, növbəti yazılar da böhtandır”

Sabiq təhsil naziri Misir Mərdanovun adı şok yeyinti qalmaqalında hallanır. Bəzi KİV-lərdə yayılan məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu “ələ verməsi” Misir Mərdanovun da hədəfə alınmasına gətirib çıxarıb.

Mətbuatda yazılanlarda Misir Mərdanovla Vidadi Zeynalovun birgə maliyyə maxinasiyalarının olması barədə iddialar yer alıb. Ötən illər ərzində prezident tərəfindən ümumtəhsil məktəblərinə ayrılan 30 milyon vəsaitin ortadan götürülməsində Misir Mərdanovla Vidadi Zeynalovun birgə “əməkdaşlıq” etdiyi bildirilir.

Mətbuatda haqqında yazılanlara bağlı Misir Mərdanov özü münasibət bldirib. Sabiq nazirin cavabı belə olub:

“Haqqımda yazılanlarla tanış deyiləm. Ona görə də heç bir fikir söyləmək istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, haqqımda bütün yazılanlar kimi, növbəti yazılar da böhtandır. Vəssalam!”.(Modern.az)

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın