Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Mikayıl Cabbarovdan təhsil şöbələrinə yeni qadağa – Müəllimlərin işə alınması ilə bağlı

Mikayıl Cabbarovdan təhsil şöbələrinə yeni qadağa – Müəllimlərin işə alınması ilə bağlı

“Bu gün ümumilikdə ölkə üzrə orta məktəblərdə çalışan müəllimlər arasında qadın müəllimlər üstünlük təşkil edir. Lakin şəhər yerlərində qadın, kənd məktəblərində kişi müəllimlərin sayı daha çoxdur”.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirdikləri mətbuat konfransında deyib.

Müəllimlərin yerdəyişməsi zamanı məktəblərdə gender amilinin də nəzərə alındığını deyən E.Bağırovun sözlərinə görə, bu il Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə rekord sayda vakant yer çıxarılacaq. Hazırda vakant yerlərin toplanılması prosesi aparılır.

E.Bağırov deyib ki, bu il vakant yerlərin sayının daha çox olmasının səbəbi bu yerlərin yeni mexanizmlə toplanılmasıdır:

“Əvvəllər vakant yerləri yerli təhsil şöbələri özləri müəyyən edirdi. Lakin bu il yerli şöbələrin nümayəndələri Təhsil Nazirliyinə dəvət edildi və onlarla birlikdə müəllimlərin dərs yükü hesablandı. Buna uyğun olaraq da vakant yerlərin elan edilib-edilməməsinə yerli təhsil şöbələri deyil, nazirlik qərar verib”.

E.Bağırov bildirib ki, yerdəyişmədə daha çox hansı ixtisas üzrə müəllimlərin iş yerinin dəyişməsinin təhlili hələlik aparılmayıb:

“Amma vakant yerlər daha çox ibtifai sinif, texnologiya, təsviri incəsənət fənləri üzrədir. Şəhər yerlərində Azərbaycan dili, riyaziyyat fənləri üzrə müəllim sıxlığı olduğundan bu fənlər üzrə vakant yerlərin sayı azdır”.

Trend

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın