Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Mikayıl Cabbarov rektoru cəzalandırdı- Bir neçə nəfər işdən çıxarıldı

Mikayıl Cabbarov rektoru cəzalandırdı- Bir neçə nəfər işdən çıxarıldı

Bu gün Gəncə şəhərində korrupsiya halları ilə bağlı gündəmə gələn Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirilib.

Qafqazinfo“ya daxil olan məlumata görə, Təhsil nazirinin müavini Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyevin və digər rəsmi şəxslərin iştirak etdiyi iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunub.

Təhsil nazirinin müavini F.Qurbanov çıxış edərək son zamanlar univesitet ətrafında cərəyan edən proseslər haqqında məlumat verib.

O, Maliyyə Nazirliyinin apardığı yoxlama və Təhsil Nazirliyinin keçirdiyi akkreditasiya nəticəsində universitetdə nöqsanların aşkarlandığını, kollektivin bəzi üzvlərinin neqativ hallara yol verdiklərini, yoxlama materiallarının prokurorluq orqanlarına göndərildiyini bildirib, bu kimi halların ali məktəbin imicinə ziyan vurduğunu qeyd edib.

Firudin Qurbanov çıxışında təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçilərinin vəzifəsindən azad olunduğunu, rektora isə töhmət verildiyini bildirib.

İclasda müalicədən yenicə qayıtmış rektor Akif Süleymanov da çıxış edib və rəhbərlik etdiyi kollektivin adından, deyilən iradlardan nəticə çıxaracaqlarını, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və qarşıya qoyulmuş vəzifələrin tam yerinə yetirilməsi üçün var gücü ilə çalışacaqlarını bildirib.

İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak edib.

Qeyd edək ki, ötən həftə anspress-də yer alan məlumatda bildirilirdi ki, Azərbaycan Texnologiya Universitetində külli miqdarda korrupsiya halı aşkarlanıb:

“Universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq “Kapital bank”ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib. Maliyyə Nazirliyi aşkarlanan bu korrupsiya halı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib”.

Həmçinin oxuyun

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri – Fotolar

25 yanvar Rusiyada Tələbə Günü kimi qeyd olunur. Moskvada təhsil alan ən məşhur azərbaycanlılardan biri …

Bir cavab yazın