Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / “Maqa”ya “sahib çıxan” tapılmır… – Daha bir rəsmi qurumdan açıqlama

“Maqa”ya “sahib çıxan” tapılmır… – Daha bir rəsmi qurumdan açıqlama

Bu gün bəzi kütləvi informasiya vasitələrində Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə yarışa çıxdığı üçün haqqında bir aylıq inzibati həbs qərarı verilən Mirməhəmməd İsmayılovun Fövqəladə Hallar Nazirliyinin akademiyasında oxuduğu və bu hadisəyə qədər də nazirliyin əməkdaşı olduğu barədə məlumat yayılıb.

“ Azinforum.az ” xəbər verir ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yayılan informasiya həqiqəti əks etdirmir. Bildirilir ki, M. İsmayılov 2012-ci ildə həqiqətən də FHN-nin akademiyasına qəbul olmaq üçün sənədlərini təqdim edib.

Lakin o, Akademiyaya qəbul olmaq üçün qabiliyyət imtahanından keçsə də, test imtahanından keçə bilməyib. Nəticədə M.İsmayılov nazirliyin akademiyasına qəbul olmaq hüququ əldə edə bilməyib.

Nazirlikdən o da qeyd edilib ki, həmçinin, M.İsmayılov heç bir zaman FHN sistemində hər hansı işdə işləməyib.

Həmçinin oxuyun

Putin: “Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”

“Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”. APA-nın Moskva müxbirinin …

Bir cavab yazın