Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Mərhum jurnalistin dəfninə hazırlıq başlayıb – FOTOLAR

Mərhum jurnalistin dəfninə hazırlıq başlayıb – FOTOLAR

Futbolçi Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü bildirilən jurnalist Rasim Əliyevın avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə getməsi haqqında artıq məlumat vermişik.
Musavat.com-un əməkdaşları mərhum jurnalistin evinə gedərək, onun dəfn prosesi barədə məlumat toplamağa çalışıblar.

Əməkdaşlarımızın verdiyi son məlumata görə, mərhum jurnalist Rasim Əliyevin cənazəsi məsciddə yuyulduqdan sonra evlərinə gətirlib.

Hazırda dəfn mərasimi üçün hazırlıqlara başlanılıb.
Digər məlumatdasa bildirilir ki, Səbayel Prokurorluğunun və ərazi polisinin əməkdaşları mərhum jurnalistin evinə gəliblər. Onun babası sorgu-sual məqsədilə polis şöbəsinə aparılıb.
Əməkdaşımızın verdiyi son məlumata görə, Müsavat Partiyasının başqanı Arif Hacılı da dəfn mərasiminə qatılıb.
Musavat.com







Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …

Bir cavab yazın