Şənbə , İyul 20 2019
Ana səhifə / Siyasət / Mədət Quliyev “Facebook” səhifəsini bağladı

Mədət Quliyev “Facebook” səhifəsini bağladı

Bir neçə gün öncə ölkə başçısının sərəncamı ilə milli təhlükəsizlik nazirinin I müavini vəzifəsinə təyin edilən general-leytenant Mədət Quliyev “Facebook” sosal şəbəkəsindəki profilini bağlayıb.

Modern.az saytı xəbər verir ki, bu barədə Mədət Quliyevin keçmiş işçisi, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov bildirib:

“Dünən gecə saatlarında Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev şəxsi “Facebook” səhifəsini bağlayıb. Onun belə bir addım atmasının yeganə səbəbi vaxt məhdudiyyəti ilə bağlıdır. Belə ki, təkcə dünən cənab nazir müavininin “inbox”na bir neçə min (!) mesaj gəlib və onların 200-dən artığı Mədət müəllim tərəfindən şəxsən cavablandırılıb. O, dostlarının, tanışlarının və adi vətəndaşların mesajlarına bir-bir cavab verməyin fiziki baxımdan mümkünsüzlüyünü, gələn sual və təbriklərin cavabsız qalmasının onlara qarşı diqqətsizlik kimi anlaşılacağını nəzərə alaraq “Facebook” səhifəsini bağlamaq qərarına gəlib”.

Qeyd edək ki, Mədət Quliyev bəzi vəzifə sahiblərindən fərqli olaraq, “Facebook” sosial şəbəkəsində aktiv nəzərə çarpırdı.

Həmçinin oxuyun

Sabiq nazirdən barəsindəki iddiaya reaksiya: “İndi seçki yoxdur ki, mənim də fikrim ya ola, ya da…”

Bu gün ölkə KİV-ləri sabiq nazirlərdən bəzilərinin Milli Məclisə növbəti seçkilərdə deputatlığa namizəd olacaqları barədə …

Bir cavab yazın