Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Siyasət / Lap­şin mə­sə­lə­sin­də Ru­si­ya­nın təd­ri­cən tak­ti­ka də­yiş­mə­lə­ri­nin ilk əla­mət­lə­ri…

Lap­şin mə­sə­lə­sin­də Ru­si­ya­nın təd­ri­cən tak­ti­ka də­yiş­mə­lə­ri­nin ilk əla­mət­lə­ri…

Meh­man Mu­rad­lı: “Bu möv­qe Lap­şi­nin ye­ni ekstra­di­si­ya edil­di­yi dö­nəm­də­ki Ru­si­ya­nın qə­zəb­li və tə­ləb­kar mü­na­si­bə­tin­dən fərqli­dir”

“Ar­tıq eti­raf edir­lər ki, Lap­şi­nin ekstra­di­si­ya­sı bü­tün qa­nu­ni əsas­lar­la baş ve­rib”

Ru­si­ya­nın Lap­şin­lə bağ­lı möv­qe­yin­də də­yi­şik­lik nə­zə­rə çar­pır. Ru­si­ya­nın Be­la­rus­da­kı sə­fi­ri Alek­sandr Su­ri­kov blo­ger Lap­şi­nin Azər­bay­ca­na ve­ril­mə­si­nə mü­na­si­bət bil­di­rər­kən de­yib ki, han­sı­sa öl­kə­də qa­nun­suz hə­rə­kət edir­sən­sə, bu ba­rə­də bü­tün dün­ya­ya car çək­mək la­zım de­yil.
Dip­lo­mat bil­di­rib ki, Ru­si­ya və İs­ra­il və­tən­da­şı olan Lap­şin Dağ­lıq Qa­ra­ba­ğa sə­fər edən­lə­rin Azər­bay­ca­na gi­ri­şi­nin qa­da­ğan olun­du­ğu­nu bil-bi­lə bu ad­dı­mı atıb: “Azər­bay­can­da “For­mu­la-1″ ya­rı­şı ke­çi­ril­di­yi üçün onu Ba­kı­ya bu­ra­xıb­lar. Ge­ri qa­yı­dan­dan son­ra isə o, so­si­al şə­bə­kə­lər­də azər­bay­can­lı­la­rın əley­hi­nə postlar pay­la­şa­raq lov­ğa­la­nıb. Son­ra isə Be­la­ru­sa sə­fər edib, bu­ra­da onun qo­hum­la­rı var. Bu­ra­da onu Azər­bay­ca­nın sor­ğu­su əsa­sın­da həbs edib­lər”.
Ru­si­ya­lı dip­lo­mat Azər­bay­can tə­rə­fi­nin mü­ra­ci­ə­ti­nin qa­nu­ni ol­du­ğu­nu de­yib: “Hü­qu­qi nöq­te­yi-nə­zər­dən hər şey qay­da­sın­da­dır. Çün­ki ba­rə­sin­də ci­na­yət tə­qi­bi olan şəx­sin təh­vil ve­ril­mə­si ba­rə­də MDB öl­kə­lə­ri ara­sın­da ra­zı­laş­ma var, Azər­bay­can Baş Pro­ku­ror­lu­ğu da bu­nun­la bağ­lı mü­ra­ci­ət edib. Be­la­rus hə­min mü­ra­ci­ət əsa­sın­da bu ad­dı­mı atıb. İs­ra­il­li­lər­lə bir­lik­də bi­zim kon­sul­luq şö­bə­miz Lap­şi­nin ya Ru­si­ya, ya da İs­ra­i­lə ve­ril­mə­si üçün iş apa­rıb. Hə­min ra­zı­laş­ma çər­çi­və­sin­də onu Ru­si­ya­ya ver­mək olar­dı. La­kin biz­də onun ba­rə­sin­də ci­na­yət işi yox­dur. Baş Pro­ku­ror­lu­ğu­muz onun ba­rə­sin­də ci­na­yət işi aç­mış ol­say­dı, o, Azər­bay­ca­na yox, Ru­si­ya­ya təh­vil ve­ri­lə­cək­di”, – de­yə A.Su­ri­kov bil­di­rib.
Sə­fir qeyd edib ki, Lap­şin Be­la­rus­da sax­la­nan za­man kon­sul­luq şö­bə­si­nin əmək­daş­la­rı ona baş çə­kib­lər, həm və­kil­lə­ri, həm də qo­hum­la­rı ilə gö­rü­şüb­lər: “La­kin onun təh­vil ve­ril­mə­si­nin qar­şı­sı­nı al­maq müm­kün ol­ma­dı”.
Ru­si­ya­lı sə­fi­rin bu açıq­la­ma­sı­nı hə­min öl­kə­nin möv­qe­yin­də nə­zə­rə­çar­pan də­yi­şik­lik ki­mi də­yər­lən­dir­mək olar­mı?
Hü­quq­şü­nas Meh­man Mu­rad­lı qə­ze­ti­mi­zə bil­dir­di ki, Ru­si­ya­nın Be­la­rus­da­kı sə­fi­ri­nin açıq­la­ma­sı­na bir­mə­na­lı ola­raq hə­min öl­kə­nin rəs­mi möv­qe­yi ki­mi bax­maq olar:

“Bi­lir­si­niz ki, dip­lo­mat­lar da­im təm­sil et­dik­lə­ri öl­kə­nin adın­dan da­nı­şır. Bə­li, bu möv­qe Lap­şi­nin ye­ni ekstra­di­si­ya edil­di­yi dö­nəm­də­ki Ru­si­ya­nın qə­zəb­li və tə­ləb­kar mü­na­si­bə­tin­dən fərqli­dir. Ru­si­ya hiss et­di ki, Azər­bay­can möv­qe­yin­də is­rar­lı­dır və ge­ri çə­ki­lən de­yil. Bu sə­bəb­dən də pres­sin­qi sax­la­dı. Am­ma Be­la­rus­da­kı rus sə­fi­ri­nin açıq­la­ma­sın­da da iki­baş­lı not­lar var. Mə­sə­lən, de­yir ki, Lap­şin qa­nun­suz­luq edib, am­ma səh­vi bu­nu dün­ya­ya car çək­mək­də olub. Son­ra bil­di­rir ki, Be­la­rus­da nə qə­dər ça­lış­sa­lar da, ekstra­di­si­ya­nın qar­şı­sı­nı ala bil­mə­yib­lər. İs­tə­ni­lən hal­da, ar­tıq eti­raf edir­lər ki, Lap­şi­nin ekstra­di­si­ya­sı bü­tün qa­nu­ni əsas­lar­la baş ve­rib. Bu o de­mək­dir ki, Azər­bay­can­da onun mü­ha­ki­mə olun­ma­sı­na Ru­si­ya eti­raz et­mir. Biz bi­li­rik ki, bu mə­sə­lə­də Azər­bay­can tam haq­lı­dır. Am­ma bə­zi öl­kə­lə­rin, xü­su­si­lə də Lap­şi­nin və­tən­da­şı ol­du­ğu döv­lət­lə­rin be­lə möv­qe sər­gi­lə­mə­si bi­zim üçün da­ha əl­ve­riş­li­dir. Əmi­nəm ki, Lap­şi­nin qa­nu­ni əsas­lar­la mü­ha­ki­mə­si­nə bun­dan son­ra heç bir öl­kə irad bil­dir­mə­yə­cək. Çün­ki öl­kə­miz bu mə­sə­lə­də tək­zib olun­ma­sı müm­kün gö­rün­mə­yən əsas­la­ra söy­kə­nir”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar Respublikası olduqca çətin və mürəkkəb dönəmlərdən …

Bir cavab yazın