Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Kürdəmir növbəti şəhidini torpağa tapşırdı…

Kürdəmir növbəti şəhidini torpağa tapşırdı…

Aprelin 2-də cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan Qurbanov Tural Gurşad oğlu bu gün doğulduğu Kürdəmir şəhərinin Sığırlı kəndində dəfn olunub. Dəfn mərasimində rayon rəhbərliyi və şəhidin hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Bu barədə müsavat.com-a hüquq müdafiəçisi Lətafət Məlikova məlumat verib: “Tural kasıb ailədə doğulmuşdu. 6 il idi ki, vətənə xidmət edirdi. Kəşfiyyatçı idi. Aprelin 2-də gedən döyüşlərdə şəhid oldu. Ondan bizə 1 və 3 yaşında iki qız balası yadigar qaldı”.
Allah rəhmət eləsin!










Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın