Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / “KredAqro” ölünü məhkəməyə verdi – Mərhumdan 2300 pul tələb edildi…

“KredAqro” ölünü məhkəməyə verdi – Mərhumdan 2300 pul tələb edildi…

Göygöl rayonundan Moderator.az-a bir şikayət məktubu daxil olub.

Məktub müəllifi üzləşdikləri problemin ictimailəşdirilməsini və müvafiq qurumlardan məsələyə münasibət bildirilməsinə yardımçı olmağımızı xahiş edir.

Belə ki, Verdiyev Firdovsi Cahangir oğlu 20 fevral 2015-ci ildə Gəncədə “KredAqro” bank olmayan kredit təşkilatından 2 min manat kredit götürüb. 5 ay müntəzəm olaraq kredit faizlərini ödədikdən sonra F. Verdiyev rəhmətə gedib. Onun vəfatı ilə bağlı həmin təşkilata məlumat verilib və ölüm haqqında şəhadətnamə də təqdim edilib.

F. Verdiyevin götürdüyü kredit “Alfa Sığorta” şirkəti tərəfindən sığorta olunub. Ölüm haqqında şəhadətnamə təqdim olunandan sonra “KredAqro”dan bildiriblər ki, artıq məsələ həllini tapıb və sığorta şirkəti 1900 manat sığortapulunu ödədiyinə görə artıq kimsə mərhumun ailəsindən hər hansı ödəniş tələb etməyəcək.

Amma üstündən 7-8 ay keçəndən sonra “KredAqro” F. Verdiyevi Göygöl rayon məhkəməsinə verərək ondan 2300 manat ödəniş tələbi ilə iddia qaldırıb. F. Verdiyevin həyat yoldaşı da bir suala cavab istəyir ki, “KredAqro” hansı haqla və məntiqlə ölüdən pul istəyir?

Göygöldə "KredAqro" ölünü məhkəməyə verdi
Göygöldə "KredAqro" ölünü məhkəməyə verdi

Həmçinin oxuyun

“Zəngəzur və Göyçə bölgəsinə də muxtariyyət verilməlidir”- Qafar Çaxmaqlı

“Əgər Ermənistan Dağlıq Qarabağdakı 60 min erməninin taleyini bu qədər düşünürsə, onda Ermənistandan qovduğu 250 …

Bir cavab yazın