Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Komitə sədri: “Rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq”

Komitə sədri: “Rəsmi nikah olmadan kəbin kəsən din xadimi cəzalandırılacaq”

“Azərbaycanda rəsmi nikah olmadan dini nikahın bağlanması qanunsuzdur. Bunu edən din xadimi cəzalandırılacaq”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

O qeyd edib ki, Azərbaycan dünyəvi ölkədir, nikah münasibətləri ilə bağlı müvafiq dövlət qurumu var: “Dini nikaha o zaman girmək olar ki, bu nikahı müvafiq dövlət qurumu təsdiqləmiş olsun. Bu qurumun təsdiqləmədiyi nikahı bağlayan din xadimi rəsmi təyin olunubsa, cəzalandırılacaq, tutduğu vəzifədən azad olunacaq. Əgər bunu edən din xadimi qeyri-rəsmi fəaliyyətlə məşğuldursa, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcək”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın