Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Keçmiş MTN-in binası DTX-yə verildi – Foto

Keçmiş MTN-in binası DTX-yə verildi – Foto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) binası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istifadəsinə verilib.
Artıq binanın üzərindəki “Milli Təhlükəsizlik Nazirliyi” yazısı “Dövlət Təhlükəsizliyi Xidməti” ilə əvəzlənib. 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2015-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb.
Prezidentin sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə isə Orxan Sultanov təyin ediliblər.
apa.az

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın