Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Kərəm Həsənov “böyük özəlləşdirmə”nin öhdəsindən gələ bilmir

Kərəm Həsənov “böyük özəlləşdirmə”nin öhdəsindən gələ bilmir

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Azərbaycanda bir neçə aydır start verilən “böyük özəlləşdirmə” proqramını yerinə yetirməkdə çətinlik çəkir. Belə ki, özəlləşdirməyə çıxarılan və dəyəri bir neçə milyon manatla ölçülən obyektlərin cüzi hissəsinin satışına nail olunub.

Bu barədə Qaynarinfo.Az-a daxil olan məlumatda bildirilir ki, Həsənovun komitəsinin təşkil etdiyi hərraclarda əsasən dəyəri bir neçə milyon manatla bir neçə yüz min olan obyektlər satılır.

Ümumilikdə isə keçirilən hərraclarda xüsusi canlanma hiss olunmur, daha da dəqiqləşdirsək, aktivlik baxımından hələlik “böyük özəlləşdirmə” hökumətin gözləntilərinə cavab vermir.

Bunda isə Kərəm Həsənovun komitəsinin təşkilatçılıq qabiliyyəti müstəsna rol oynayır. Hesab edilir ki, ƏMDK “böyük özəlləşdirmə”nin mahiyyətini, hədəflərini, özəlləşdiriləcək müəssisələrin potensialını və perspektiv imkanlarını yerli və əcnəbi biznes dairələrinə kifayət qədər aydın anlada bilmir.

Kərəm Həsənovun da “böyük özəlləşdirmə”nin hazirki gedişindən məmnun olmadığı və narahatlıq keçirdiyi, bunun sonradan özünə qarşı çevrilməsindən və kürsüsünü laxlatmasından əndişələndiyi də saytımıza daxil olan məlumatlar arasındadır. “Elə bunun nəticəsidir ki, təxminən bir ay əvvəl Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici iş adamlarını investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirmədə iştiraka dəvət etmişdi. Bununla bağlı müraciətdə bildirilirdi ki, “indi şəxsi biznesinizə yatırdığınız investisiya qarşılığında hazır infrastrukturu, avadanlıqları və tikililəri olan dövlət müəssisəsinin yeni sahibinə çevrilə bilərsiniz. Dövlətin əsas hədəfi özəl investisiyalar hesabına iqtisadi aktivliyin yüksəldilməsi, müəssisələrin fəaliyyətinin canlandırılması, yeni avadanlıq və texnologiyaların tətbiqi, habelə yeni iş yerlərinin açılmasından ibarətdir. İnvestisiyanın həcmindən və icra olunacaq layihənin xüsusiyyətindən asılı olaraq, dövlət büdcəsinə ediləcək ödənişlərə müəssisənin bazar dəyəri ilə müqayisədə böyük güzəştlərin tətbiqi nəzərdə tutulur. Hər hansı müəssisənin özəlləşdirilməsinə maraq yaranarsa təşkilatlararası müsabiqə komissiyası tərəfindən ən az 30 gün əvvəl satış şərtlərini özündə əks etdirən elan verilməklə bütün iddiaçılara bərabər hüquqlu şərait yaradan şəffaf müsabiqə proseduru icra ediləcək””.

Redaksiyamıza daxil olan məlumatın davamında qeyd edilir ki, sözügedən müraciət “böyük özəlləşdirmə” proqramının hazirki icra vəziyyətinin ürəkaçan olmadığı və bunun Kərəm Həsənova ciddi zərbə ola biləcəyi yönündə iddiaları bir daha təsdiqləyir.

Həmçinin oxuyun

“Sevincimi ifadə etməkdə çətinlik çəkirəm…”- Qubadlının qürbətdə yaşayan sabiq icra başçısı

“Peşəkar bir hərbçi olaraq və o yerləri, ən azı, Qubadlını, Cəbrayılı və Laçını qarış-qarış tanıyan …

Bir cavab yazın