Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Kəbənin örtüyü niyə Ərəfə günü dəyişdirilir? – FOTO-VİDEO

Kəbənin örtüyü niyə Ərəfə günü dəyişdirilir? – FOTO-VİDEO

Bu gün zəvvarların Ərəfata çıxdığı gün dəyişdirilən Kəbə evinin örtüyünün necə hazırlanması yəqin ki, hər kəsə maraqlı olar.
FaktXəbər olaraq sözügedən örtük barədə bəzi məlumatları oxucularımıza çatdırmaq istəyirik.
İLMƏK-İLMƏK FORMALAŞDIRILIR
Saf ipəkdən istifadə edilərək toxunan qızıl naxışlı Kəbə örtüyü Kəbeyi Şərif Örtük Fabrikində 250 nəfər işçi tərəfindən böyük həyəcanla hazırlanır. Zəvvarların Ərəfata çıxacağı günə kimi hazırlanması vacib olan yeni Kəbə örtüyü qızıl işləmələrlə ilmək-ilmək formalaşdırılır.
Zavod yalnız ildə 3 ay Kəbə örtüyünü hazırlamaq üçün açılır və həcc dövründən sonra növbəti ilə kimi bağlanır. Hər il zəvvarların ziyarətinə açılan zavodda hazırlanan örtüyün ümumi sahəsi 658 kvadrat metrdir. Örtüyün hazırlanması üçün ümumilikdə uzunluğu 14 metr, eni isə 101 santimetr olan 47 top parçadan, 120 kiloqram gümüş və qızıl istifadə edilir.
6 MİLYON DOLLAR
Gümüş və qızıl saplarla işlənən, saf ipək olan və qara rəngə boyanan Kəbə örtüyü 16 hissədən ibarət olmaqla təxminən 6 milyon dollara başa gəlir.
Kəbə örtüyünün üzərində “La ilahə illəllah Muhəmmədin Rəsulullah”, “Allah Cəllə Cəlaluhu”, “Subhanallahi və bihamdihi subhanəllah Əl-Əzim”, “Ya Hannan, ya Mənnan” kəlmələri toxunur.
Örtük üçün hər il 450 kiloqram ipək sapdan 658 kvadrat metr parça toxunur.
Örtüyün məhz Ərəfat günü dəyişdirilməsinə səbəb isə odur ki, Kəbədə ən az ziyarətçi zəvvarların Ərəfat gün az olmasıdır. Kəbənin dörd divarından aşağıya doğru vəziyyətdə örtük vəzifəlilər tərəfindən ciddi şəkildə geyindirilir. Yeni örtük Kəbəyə örtülərkən altda qalan örtük də çıxarılaraq, hər il olduğu kimi İslam Əsərləri Muzeyində sərgilənir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın